Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının Respublika Komitəsinin müsabiqənin keçirilməsiylə bağlı üzv təşkilatlarına məktub göndərib.
Bununla bağlı Belediyye.infoya məlumat verən təşkilatın hüquq müfəttişi Məhəmməd Kərimov bildirib ki, kollektiv müqavilənin ümumi işin daha da keyfiyyətlə həyata keçirilməsinə təkan verəcəyini nəzərə alaraq Azərbaycan Bələdiyyə işçilərinin Həkarlar ittifaqı 12 fevral 2020-ci il tarixli iclasında ABiHi-nin üzv təşkilatları arasında “ən yaxşı kollektiv müqavilə ” devizi ilə müsabiqənin keçirilməsi qərara alınmışdır.
Müsabiqənin keçirilməsində başlıca məqsəd kollektiv müqavilələrə diqqətin artırılması, kollektiv müqavilələrdə nəzərdə tutulan öhdəliklərin layiqincə yerinə yetirən təşkilatların müəyyən edilməsi, kollektiv müqavilələrə daha geniş sosial- iqtisadi güzəştlərin daxil edilməsinə nail olmaqdır.
Müsabiqədə iştirak etmək üçün kollektiv müqavilələrin olması mütləqdir. Müsabiqəyə ilin sonunda yekun vurulacaq. Müsabiqənin qalibləri Azərbaycan Bələdiyyə işçilərinin Həkarlar ittifaqı tərəfindən mükafatlandırılacaqlar.
Belediyye.info