Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı Respublika Komitəsinin IV Məclisinin iclası keçirilib.
Məclisin işində həmkarlar təşkilatınnın məclis üzvləri, Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının rəsmiləri və KiV təmsilçiləri iştirak ediblər.
içlasda ABiHi-nin Respublika Komitəsinin sədri M. Xəlilov geniş hesabat məruzəsiylə çıxış edib. Çıxışında sədr bəzi ciddi məqalara toxunub. Sədrin çıxışında bildirib ki, bələdiyyə sahəsində əhali arasında marifləndirmə problemi ucbatından bir çox ərazilərdə insanlar öz vergi və rüsumlarını ödəmirlər. Bunun sayəsində bələdiyyələrimiz maliyyə proqnozlarını tam həyata keçirə bilmirlər. Bir çox bələdiyyələr demək olar ki, aylarla öz işçilərinə əmək haqqı verə bilmirlər. Yüzlərlə bələdiyyə var ki, işçiləri bələdiyyə sədri və mühasibdən ibarətdir. Misal üçün qeyd edim ki, Gədəbəy, Daşkəsən, Göygöl, Lerik, Yardımlı bələdiyyələri. Bərdə rayonu üzrə 66 bələdiyyə fəaliyyət göstərir. 66 bələdiyyədə bələdiyyə sədrləri ilə birlikdə 100 nəfər əmək haqqı alır. Bir mühasib 3-4 bələdiyyənin hesabatını aparır. Belə hallar demək olar ki, əksər rayon bələdiyyələrində mövcuddur. Qeyd etmək yerinə düşərdi ki, bu gün bələdiyyə qulluqçularının aylıq əmək haqqı ölkə üzrə olan orta əmək haqqından iki dəfə aşağıdır.
Daha sonra M.Xəlilov bildirib ki, ilk həmkarlar ittifaqı təşkilatı üzvlərinin əmək haqqlarından tutulmuş üzvlük haqlarının təyinatı üzrə vaxtında tam həcmdə köçürülməsində problemlər var. Bu səbəbdən də maliyyə çatışmazğı ilə əlaqədar öhdəliklərimizi layiqıncə yerinə yetirə bilmirik.
Məruzələr ətrafında Biləsuvar RK sədri əhmədxan Qardaşxanov, ABiHi-nin Xəzər RK sədri Sevil Mansurova və ABiHi-nin şəki RK sədri Səriyyə ismayılova çıxış edib.
Məclisin sonunda səmərəli fəaliyyətlərinə görə, ABiHi-nin Məclis üzvü Jalə Sadıqova və Zirə bələdiyyəsinin qulluqçuşu Sevgim Ağayev səmərəli fəaliyyətlərinə görə Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı Respublika Komitəsinin “Fəxri Fərman”ları ilə təltif ediliblər.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|