"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı üzv təşkilatlarda əmək qanunvericiliyinə riayət olunmasıyla bağlı monitorinqə başlayıb

--2020-02-03 / 15:41

Xəbər verdiyimiz kimi, Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı üzv təşkilatlarda əmək qanunvericiliyinə riayət olunmasıyla bağlı monitorinqə başlayıb.

Belə ki, komitəyə daxil olan çoxsaylı müraciətlərdə 23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərindən sonra formalaşan bələdiyyələrdə yeni seçilən bəzi bələdiyyə sədrləri işçilərdən könüllü işdən azad olunma ilə bağlı ərizə tələb edirlər. Bu məsələyə aydınlq gətirmək üçün ilk olaraq Binəqədi rayonu Xocasən bələdiyyəsində monitorinq keçirilib.

Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov bələdiyyənin yeni seçilmiş sədri Nigar Məmmədova ilə görüşərək bələdiyyə qulluqçularının əmək fəaliyyəti, habelə “əmək məcəlləsi”ndən irəli gələn bəzi ciddi məqamları sədrin diqqətinə çatdırmışdır. Monitorinq zamanı müddətsiz əmək müqavilələrinin müddətli əmək müqaviləsiylə əvəzlənməsinin qanunauyğunluğu məsələsinə və işçilərin iş yerlərinin yerdəyişmələri ilə bağlı tələb olunan məqamlara aydınlıq gətirilib.

Görüş barəsində Belediyye.infoya açıqlama verən Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov bildirib ki, təşkilata daxil olan müraciətləri nəzərə alaraq Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının icraiyyə Komitəsinin 23b.8-ə saylı 23 may 2001-ci il tarixli Qərarı ilə təsdiq olunmuş əmək qanunvericiliyinə riayət olunması üzrə həmkarlar ittifaqı tərəfindən ictimai nəzarətin təşkili və həyata keçirilməsi haqqında “əsasnamə”yə müvafiq olaraq Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı 25 yanvar tarixindən etibarən üzv təşkilatlarda monitorinqlərə başlayıb. ilkin olaraq Xocasən bələdiyyəsində monitorinq keçirildi. Sədrlə ciddi fikir mübadiləsi oldu. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdən razı qaldığını bildirən M.Kərimov monitorinqlərin davam etdiriləcəyini qeyd edib.

Belediyye.info

ŞƏRHLƏR