"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının IV Qurultayı başa çatdı

--2017-09-28 / 15:25

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan   Bələdiyyə   işçilərinin   Həmkarlar   ittifaqının  IV Qurultayı keçirilib.

Qurultayın işində Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının sədri, Milli Məclsin üzvü Səttar Möhbalıyev iştirak edib.

Qurultayda ittifaqın rayon komitələrindən 52 nümayəndədən 48 nəfər iştirak edib.

ilkin olaraq  Azərbaycan   Bələdiyyə   işçilərinin   Həmkarlar   ittifaqının  Respublika Komitəsinin sədri Məhərəm  Xəlilovun 2012-2017-ci  illərdə Respublika Komitəsinin fəaliyyəti haqqında  və  komitənin təftiş komissiyasının sədri Gülnaz Babayevanın Azərbaycan   Bələdiyyə   işçilərinin   Həmkarlar   ittifaqının Təftiş komissiyasının 2012-2017-ci illər üçün hesabat məruzəsi  dinlənilib.

Müzakirələrdə   şəki Rayon Komitəsinin sədri Səyyarə əliyeva, Xəzər Rayon Komitəsinin üzvü Jalə əhmədova, Lənkəran Rayon Komitəsinin sədri Yəhya Qafarov və Biləsuvar Rayon Komitəsinin sədri əhmədxan Qardaşov çıxış edərək rayon komitələrinin fəaliyyətləri barədə görülən işlərə toxunmuş və hər iki hesabatı qənaətbəxş hesab edilməsini təklif etmişlər.

Qurultayda  açıq səsvermə yolu ilə Məhərrəm Xəlilov yenidən olaraq  Azərbaycan   Bələdiyyə   işçilərinin   Həmkarlar   ittifaqının  Respublika Komitəsinin sədri  seçilmişdir.

Bundan əlavə Qurtultayda Azərbaycan   Bələdiyyə   işçilərinin   Həmkarlar   ittifaqının Məclis üzvləri, Azərbaycan   Bələdiyyə   işçilərinin   Həmkarlar   ittifaqının təftiş komissiyasının üzvləri seçilmiş, habelə Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının V Qurultayına nümayəndələr seçimişdir.

Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının sədri, Milli Məclsin üzvü Səttar Möhbalıyev   sonda respublika komitəsinin işinə qiymət verməklə, komitənin  qarşılaşdığı problemlərdən söz açaraq öz təklif və tövsiyələrini vermişdir.

Qurultay bununlada Qurultay öz işini yekunlaşdırıb.

Belediyye.info 

 

ŞƏRHLƏR