“2017-ci il bütün həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki ilidir. Hesabat-seçki iclasları həmkarlar ittifaqı təşkilatlarının həyatında mühüm əhəmiyyət kəsb edir” – bu fikirləri Belediyye.infoya Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının hüquq müfəttişi Məhəmməd Kərimov bildirib. Onun sözlərinə görə, hesabat-seçki iclaslarının keçirilməsi ilk növbədə üzvləri hesabat dövründə görülən işlər barədə məlumatlandırmaq, növbəti illər üçün istiqamətlər, fəaliyyət proqramı müəyyənləşdirməkdir:
“icraiyyə komitəsinin 09 yanvar 2017-ci ildə keçirilən işlasında hesabat-seçki yığıncaqlarının keçirilmə qrafiki təsdiq olunmuşdur. Hesabat-seçki yığıncaqlarının təşkili ilə əlaqədar Azərbaycan Həmkarlar ittifaqları orqanlarında seçkilərin keçirilməsi qaydası haqqında təlimat və tövsiyyələr rayon komitələrinə və ilk təşkilatlara göndərilmişdir. Hesabat-seçki dövrünün yekunu olaraq 2017-ci ilin sentyabr ayında Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının IV qurultayı keçiriləcəkdir.
Yığıncaqlarda ittifaq üzvlərinin geniş tərkibdə iştirakı təmin olunmuş, hər bir üzvün məruzələrə, yəni komitənin fəaliyyətinə münasibət bildirməsinə şərait yaradılmış, iradlar, təkliflər qeydə alınmışdır. Hazırda həmin qeydlərin təhlili aparılır, faydalı olanlar komitənin işində tətbiq edilməsi planlaşdırılır.
Seçkilər zamanı gender bərabərliyi nəzərə alınmış, istedadlı, perspektivli gənclər kənarda qalmamamış, zəngin təcrübəyə malik yaşlı həmkarlar ittifaqı izvlərinə də etimad göstərilmişdir. ən fəal həmkarlar ittifaqı üzvləri Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının Respublika Komitəsinin IV Qurultayina nümayəndə seçilmişlər.”
Belediyye.info