Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının Respublika Komitəsi üzv təşkilatlarına birdəfəlik və aylıq müavinətlər haqqında ən son qəbul edilmiş normativ sənədlərdən çıxarışı gündəlik fəaliyyətinizdə istifadə etmək üçün göndərib.
Məkdubda qeyd edilir :
Aşağıda göstərilən birdəfəlik və aylıq müavinətlər Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Sərəncamlarına əsasən (10%-dən artıq rəqəmlər DSMF-nun elektron proqramına əsasən yuvarlaqlaşdırılıb):
- Uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə birdəfəlik müavinət 2018-c i il martın 1-dən 109 manat müəyyən edilib (23 fevral 2018-c ı il tarixli Sərəncamı).
Uşaq doğmuş ana işləmədiyi hallarda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa müavinət işləyən ataya verilir.
işləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.
iki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət hər uşağa görə verilir.
Uşaq doğumuna görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını (VVADQ) aparan orqanlarda müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra doğum haqqında verilmiş arayış əsasında təyin edilir.
Bu zaman müavinət uşağın doğulmasından sonra nə qədər yaşamasından asılı olmayaraq verilir.
Övladlığa götürülmüş uşaqlara uşaq doğulmasına görə birdəfəlik müavinət ümumi əsaslar üzrə verilir.
Uşaq ölü doğulduqda müavinət verilmir.
- Uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü işləyən qadınlar qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.
Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq üç yaşına çatanadək qanunvericilikdə müəyyən olunmuş məbləğdə, yaş yarımadək - 44 manat, bir yaş yarımdan 3 yaşadək 2018-c i il martın 1-dən 28 manat məbləğində müavinət verilir (23 fevral 2018-c i il tarixli Sərəncamı).
Çernobıl qəzası nəticəsində şüa xəstəliyinə tutulmuş, bu xəstəliyi keçirmiş, habelə əlil olmuş şəxslərə uşağa qulluq üzrə qismən ödənişli məzuniyyət üçün müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinətdən iki dəfə artıq məbləğdə ödənilir.
Uşağın üç yaşı tamam olanadək ona qulluq edilməsinə görə haqqı qismən ödənilən məzuniyyət qadına hamiləliyə və doğuma görə məzuniyyətin başa çatdığı günün sonrakı günündən başlayaraq təqdim olunur. Bu zaman həmin məzuniyyət qadına onun arzusuna görə tam və ya hissə-hissə təqdim oluna bilər.
əgər qadın uşağa qulluq edilməsinə görə məzuniyyətin rəsmiləşdirilməsi üçün vaxtında müraciət etməmişdirsə, onda keçmiş dövr üçün müavinət müraciət edildikdə verilir və bu zaman müraciət müddəti məhdudlaşdırılmır.
Uşaq üç yaşa çatanadək haqqı qismən ödənilən məzuniyyət dövrü öz arzusuna görə tam olmayan iş vaxtı ilə, yaxud da evdə işləyirsə, habelə istehsalatdan ayrılmaqla təhsilini davam edirsə, bu zaman onların müavinət almaq hüququ saxlanılır.
Müəyyən olunmuş qaydada övladlığa götürülmüş uşaqlara qulluq edilməsinə görə müavinət ümumi əsaslarla verilir.
Üç yaşa çatanadək haqqı qismən ödənilən məzuniyyət dövründə müəssisənin ləğv edilməsi ilə əlaqədar işdən azad olan qadınlara uşağa qulluq edilməsinə görə müavinət rəsmiləşdirilmiş müddət üçün verilir.
- Sığortaolunan vəfat etdikdə dəfn üçün müavinət qanunvericilikdə müəyyən olunmuş qaydada 2018-c i il martın 1-dən 146 manat miqdarında (23 fevral 2018-c i il tarixli Sərəncam) mərhumun sığortaedənin uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanına vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları (VVADQ) tərəfindən verilmiş ölüm haqqında arayışdan başqa, müvafiq bələdiyyə tərəfindən onun ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilmiş arayış təqdim olunduqda verilir. Pensiyaçı vəfat etdikdə isə dəfn üçün müavinət Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən «əmək pensiyaları haqqında» qanunun 42-ci maddəsinə əsasən pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli miqdarında ödənilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.
Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri – məbləğcə daha böyüyü ödənilir.
- Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən «əsasnamə»nin 114-2 bəndi ilə nəzərdə tutulmuş sənədlərlə Dövlət Sosial Müdafiə Fondu orqanına elektron poçt vasitəsilə (məktubla) müraciət etməlidir.
«Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlərin miqdarları.
«Sosial müavinətlər haqqında» 7 fevral 2006-c ı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müavinətlərin məbləği 2018-c i il mart ayının 1-dən 10% artırılaraq aşağıdakı kimi müəyyənləşdirilib. (20 fevral 2018-c i il tarixli Sərəncam). (10%-dan artıq rəqəmlər əəSM Nazirliyinin elektron proqramına əsasən yuvarlaqlaşdırılıb.)
Sosial müavinətlər alanlar sırasına əmək qabiliyyəti olmayan şəxslər:
1. əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşlı qadınlar və 67 yaşlı kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları.
1.1. Aylıq müavinətlər və Prezidentin təqaüdləri:
- Yaşa görə müavinət - 73 manat
- əlillik «ümumi xəstəlik», «hərbi xidmət dövründə xəstələnmə», «əmək zədəsi və peşə xəstəliyi», «hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar», «Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar» səbəbindən baş verdikdə əlilliyə görə müavinət: (2018-c i il 23 fevral tarixli Sərəncam):
I qrup əlillərə – 82 manat
II qrup əlillərə – 61 manat
III qrup əlillərə – 52 manat
Bundan başqa 1 fevral 2016-c ı il tarixdən I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir (2016-c ı il 25 yanvar tarixli Fərman). Bu kateqoriyadan olan əlillər 82 manat müavinətlə bərabər 2018-c i il 20 fevral tarixli Sərəncama əsasən 73 manat məbləğində təqaüd almağ hüquqları da var.
Digər Fərmanlarla 1990-c ı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş (2018-c i il 19 fevral tarixli Sərəncam) və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara (2018-c i il 19 fevral tarixli Sərəncam) təyin olunan Prezident təqaüdlərinin məbləği 1 mart 2018-c i il tarixdən təşkil edir:
I qrup əlillərə – 182 manat
II qrup əlillərə – 158 manat
III qrup əlillərə – 121 manat
Beləliklə bu kateqoriyadan olan şəxslərin müavinətlə bərabər təqaüd almağ hüquqları da var.
- əlillik «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar» və «1990-c ı ilin 20 Yanvar hadisələri ilə əlaqədar» səbəbindən baş verdikdə (2018-c i il 23 fevral tarixli Sərəncam) müavinət:
I qrup əlillərə – 101 manat
II qrup əlillərə – 81 manat
III qrup əlillərə – 73 manat
2006-c ı il 19 dekabr tarixli 493 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə «şəhid ailəsi üçün» Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təsis edilmişdir. 2018-c i il martın 1-dən bu təqaüd artırılaraq 242 manat müəyyən edilib (2018-c i il 19 fevral tarixli Sərəncam).
- əlillik «Çernobıl AES-də hərbi xidmətlə əlaqədar» və ya «hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar» səbəbindən baş verdikdə: (2018-c i il 23 fevral tarixli Sərəncam) müavinət:
I qrup əlillərə – 94 manat
II qrup əlillərə – 81 manat
III qrup əlillərə – 61 manat;
2018-c i il 23 fevral tarixli Sərəncamla digər növ müavinətlər:
- Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara – 82 manat
- Ailə başçısını itirməyə görə – 68 manat
- Bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına:
şəhid uşaqlarına – 21 manat;
- müharibə əlillərinin, 20 yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına - 15 manat.
- məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-c i il martın 1-dən 10 faiz artırılır (2018-c i il 21 fevral tarixli Sərəncam)
- əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-c i illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-c i illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, ikinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, ikinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRI silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili işlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət – 55 manat
- 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, ikinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-c i il martın 1-dən - 121 manat (20 fevral 2018-c i il tarixli Sərəncam);
- əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği – 2018-c i il martın 1-dən 220 manat (2018-c i il 20 fevral tarixli Sərəncam).
- Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət– 68 manat;
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət -61 manat;
- Bir yaşınadək uşağı olan ünvanlı sosial müavinət alan aztəminatlı ailələrə müavinət – 55 manat;
- Beşdən çox uşağı olan qadınlara hər bir uşağa görə müavinət – 33 manat 2018-c i il martın 1-dən (23 fevral 2018-c i il tarixli Sərənc am).
2.1. Birdəfəlik müavinət:
- Radiasiya qəzası nətic əsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün – 237 manat;
- Uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə 109 manat, hər hansı bir səbəbdən uşağın valideynləri işləmədikdə, müavinət yaşayış yeri üzrə əhalinin Sosial Müdafiəsi mərkəzləri vasitəsilə ödənilir;
- dəfn üçün müavinət «Sosial müavinətlər haqqında» Azərbayc an Respublikasının Qanunu əsasında təyin olunmuş dövlət qulluqçularına ömürlük, yaşa görə, əlilliyə görə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ailə başçısını itirməyə görə, işsizlik müavinəti alan şəxs vəfat etdikdə yaşayış yeri üzrə əhalinin Sosial Müdafiəsi mərkəzləri vasitəsilə – 146 manat.
Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-c i il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «əsasnamə»si ilə tənzimlənir.
Bu əsasnamənin müvafiq bəndlərinə uyğun olaraq idarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları komitələri işçilərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına nəzarət etməyə borcludurlar. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşaq doğumuna və dəfn üçün müavinətlərin düzgün təyin edilməsi və hesablanmasına məsuliyyət daşıyırlar.
Müavinətin müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən və ya təyin edilməsinin ləngidilməsindən idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı komitəsinə şikayət edilə bilər.
Belediyye.info