Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icra katibi Tofiq Həsənov, Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsinin sədri Anar Abbasov, Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov cari ilin dekabr ayının 06-dan 11-dək Latviya Respublikasında ezamiyyətdə olub.
Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından belediyye.info ya daxil olan məlumatda bildirilir ki, dekabr ayının 06-da nümayəndə heyəti Latviyanın Rezekne şəhər bələdiyyəsində görüş keçirib. Rezekne şəhər bələdiyyəsinin sədri Aleksandr Bartaşeviç şəhərin sosial-iqtisadi inkişafı, həyata keçirilən yeni layihələr, yerli vergi və ödənişlərin yığımı təcrübəsi haqqında məlumat verib.
Müzakirələr zamanı bildirilib ki, yerli vergi və ödənişlərdən yayınan fiziki və hüquqi şəxslər şəhər üzrə vergi ödəyicilərinin 3-4 faizini təşkil edir.
şəhərin beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumatda qeyd olunub ki, Avropanin ona yaxın dövlətinin bələdiyyələri ilə əməkdaşlıq qurulmuş və Azərbaycanın Bərdə şəhəri ilə dostluq əlaqələrinin yaradılması arzusundadırlar.
Daha sonra qonaqlar Avropa ittifaqının maliyyələşdirdiyi yeni konsert zalı və Rezekne Texnologiya Akademiyasının laboratoriyaları ilə tanış olublar.
Riqa şəhər Klassik Gimnaziyasının direktoru, “Ocaq” Cəmiyyətinin sədri Roman əliyev Rezekne şəhərində tanışlıq proqramında nümayəndə heyəti ilə birlikdə iştirak edib.
Dekabr ayının 07-də nümayəndə heyəti Rezekne əyalət bələdiyyəsində görüş keçirdi. Bələdiyyə rəsmisi əyalətin sosial-iqtisadi inkişafı, həyata keçirilən yeni layihələr, yerli vergi və ödənişlərin yığımı təcrübəsi haqında məlumat verib.
Qeyd olunub ki, bu əyalət Latviyanın ərazisinə görə ən böyük əyalətlərindən biridir və torpaq sahələrinə görə vergi ödəyiciləri daha çoxdur. Vergi yığımında bələdiyyənin ən çox rastlaşdığı problem həmin əyalətdə yaşamayan vergi ödəyiciləri tərəfindən torpaq və meşə sahələrinə görə vergilərin vaxtında ödənilməməsidir.
Dekabr ayının 08-də növbəti görüş nümayəndə heyəti Prieli bələdiyyəsində görüş keçirib. Bələdiyyə rəsmisi Prieli əyaləti, ərazinin sosial-iqtisadi inkişafı barədə və yerli vergi və ödənişlərinin yığımı vəziyyəti barədə məlumat verib. Bələdiyyənin 2015-ci ilin büdcəsinin gəlir və xərcləri barədə təqdimatı oldu. Qeyd olundu ki. ərazidən vergidən yayınanlar ərazin 3 faizini təşkil edir. Sonra ərazidə bir neçə sosial və istehsal obyektləri ilə tanışlıq həyata keçirilib.
Dekabr ayının 09-da növbəti görüş Azərbaycan Respublikasının Latviyadakı səfirliyində keçirilib.
Səfir Cavanşir Axundov hər iki tərəfin regional səviyyədə yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın yaradılması və inkişaf etdirilməsinin ölkələrarası sosial-iqtisadi, mədəni və dostluq əlaqələrinin güclənməsinə böyük töhvələr verəcəyini qeyd edib.
Belediyye.info
|
|
|
|
|
|
|
|