"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan bələdiyyə üzvləri Borjomidə

--2016-09-07 / 17:24

Almaniya əməkdaşlıq Təşkilatının dəstəyi və təşəbbüs ilə Gürcüstan Respublikasının Borjomi şəhərində “Yerli siyasətdə qadınalrın dəstəklənməsi” mövzusunda seminar keçirilir.

Seminarda Qafqazın hər üç ölkəsini  təmsil edən xanım bələdiyyə üzvləri və QHT təmsilçiləri, habelə dövlət qurumlarınınn  təmsilçiləri iştirak edir.

Azərbaycanı tədbirdə Astara bələdiyyəsinin sədri Aygül Məmmədova, ərçivan bələdiyyəsinin sədri iradə Rzayeva, Tərtər bələdiyyəsinin sədr müavini Mərziyyə Qəndilova, Qax bələdiyyəsinin sədr müavini Günel Məmmədova, Bakı şəhər Ramana bələdiyyəsinin sədri intizar Rzayeva, Balaxını bələdiyyəsinin sədri Vüalə Səlimova, Corat bələdiyyəsinin sədr müavini Qəmər Hüseynova və QHT sektorundan Ruhəngiz Hüseynova, dövlət qurumlarından Xumar ilqar qızı təmsil edir.

Seminarın 08 sentybarda yekunlaşacağı bildirilir.

Belediyye.info

 

ŞƏRHLƏR