"22-29 iyul 2018-ci il tarixlərində Latviya Bələdiyyələr ittifaqının və Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının xətti ilə Latviyya bələdiyyələrində əməkdaşlıq və təcrübə mübadiləsi məqsədi ilə tanışlıq proqramı və seminar təşkil olunub." Bu barədə məlumatı Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov verib.
Onun sözlərinə görə, M.ə.Rəsulzadə bələdiyyəsinin sədri olaraq ilk növbədə 2011-ci ildən qardaşlıq əlaqələri qurduğumuz Latviyanın Tsesis bələdiyyəsində görüşlər keçirəcək, gələcək əməkdaşlıq əlaqələrinin qurulmasıyla bağlı fikir mübadiləsi aparacağıq.
Bununla yanaşı hər iki ölkənin bələdiyyə assosiasiyası arasında görüşlərin və təcrübə mübadiləsinin keçirilməsi də nəzərdə tutulur.
Belediyye.info