"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan bələdiyyə üzvləri Yunanıstana yola düşür

--2017-02-14 / 13:42

Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin Belediyye.infoya verdiyi  məlumata görə, assosiasya sədrinin də  daxil olduğu Azərbaycan nümayəndə heyəti Yunanıstanda ikigünlük səfərdə olacaqdır.

Nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikasının deputatı,  Avropa şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin  rəhbəri Anar ibrahimov və Nərimanov bələdiyyəsinin sədri  Təmraz Tağıyev daxildir.

Nümayəndə heyətinin səfərində məqsəd  Afina şəhərində  baş tutacaq Avropa şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq komitəsinin iclasında iştirak etməkdir.

Assosiasiya sədrinin sözlərinə görə, iclasda Avropa şurasına  üzv olan ölkələrdə  yerli və regional səviyyədə demokratik inkişafda mövcud olan vəziyyət müzakirə olunacaq.

Belediyye.info 

ŞƏRHLƏR