"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan bələdiyyələri haqqında qısa məlumat

--2015-05-13 / 18:43

Ümummilli liderimiz Heydər əliyevin rəhbərliyi ilə demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə geniş miqyaslı demokratik islahatların əsasını qoymuşdur.

Hüquqi dövlət quruculuğu istiqamətində inamla addımlayan müstəqil Azərbaycan Respublikasının nail olduğu ən mühüm demokratik dəyərlərdən biri də yerli özünüidarəetmə institutunun-bələdiyyələrin yaradılmasıdır.

Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir qeyri-dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Onlar bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları vasitəsi ilə həyata keçirirlər.

- See more at: http://belediyye.proline-az.com/az/page/umumi#sthash.npi2LGKx.dpuf

ŞƏRHLƏR