iyul ayında Nizami yurdunda törədilən süi-qəsd, qanlı cinayət və iğtişaş cəhdi xaricdən idarə olunan qüvvələr tərəfindən ölkəmizin ən böyük sərvəti olan sabitliyi pozmağa hesablanmışdı. Gəncə hadisələri göstərdi ki, dünyada xaosun və anarxiyanın himayədarları sözün əsl mənasında sabitlik adası kimi tanınan Azərbaycan Respublikasının inkişafını, tərəqqisini pozmaq üçün bütün vasitələrə əl atırlar. iğtişaş törətməyə can atanlar unudurlar ki, bu gün Azərbaycan dövləti çox güclüdür, bütün təxribatların qarşısını almağa qadirdir. Ölkəmizdəki sabitliyini və təhlükəsizliyini pozmağa çalışanlar daim xəyal qırıqlığına uğrayacaqlar. Çünki Azərbaycan xalqının əzmi, ayıq-sayıqlığı, dövlətə və dövlətçiliyə dərin bağlılığı bu cür nankorları ifşa edir, onların əməllərinin qarşısına sədd çəkir.
Azərbaycanda xalq-iqtidar birliyi həmişə öz sarsılmazlığını göstərib. Xalqı yüksək etimad göstərdiyi Prezident cənab ilham əliyevə güvənir və inanır ki, dövlət Başçısı ölkənin milli maraqlarını əzmlə müdafiə edir, dövlətçiliyini və suverenliyini gücləndirir. Gəncədə törədilən hadisə bir daha göstərdi ki, Azərbaycan ərazisində terrorla, dağıdıcılıq fəaliyyətlə məşğul olanların heç bir sosial bazası yoxdur.
Cinayətkarlar bilməlidir ki, 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər əliyev xalqın iradəsinə sığınaraq min bir əziyyətlə Azərbaycan Respublikasını qurdu, davamlı böhrandan çıxardı, iqtisadiyyatı ayağa qaldırdı, ölkə daxilində sabitliyi təmin etdi və ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar etdi.
Gəncə şəhər icra başçısı Emar Vəliyevə qarşı sui-qəsdlə başlayan hadisələr, böyük hörmət bəslədiyim iki polis polkovnikinin həyatına qıymaqla, bir neçə polis əməkdaşının müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə davam edən hadisələr bütün ölkə vətəndaşları kimi Gəncə sakinləri tərəfindən hiddətlə qarşılanıb.Axı, gəncəlilər dövlətçilik tarixinə və ənənələrinə möhkəm tellərlə bağlı insanlardırlar. Gəncəni siyasi vandalizmin mərkəzinə çevirmək cəhdləri qətiyyətlə dəf olunur və hər zaman da olunacaq. Azərbaycan dövləti və xalqı bir daha sübut etdi ki, xaricdən gələcək istənilən təhdidin, təhlükənin qarşısını qətiyyətlə almaq əzmindədir. Azərbaycan cəmiyyətində parçalanma, qütbləşmə yaratmaq cəhdləri beşiyindəcə boğulacaq. Biz yaxın keçmişimizdən ibrət götürməliyik, o illərə qayıtmamaq üçün ayıq-sayıq olmalıyıq, kimlərinsə yağlı vədinə şirniklənməməliyik, dövlətimizin başçısının ətrafında sıx birləşməli, dövlətçiliyimizi qorumalıyıq.
Qoşqar Məmmədov,
Gəncə şəhər, Nizami Bələdiyyəsinin sədri