Ümummilli lider ulu öndər Heydər əliyevin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq ölkə Prezidenti Müzəffər Ali baş komandan cənab ilham əliyev tərəfindən Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər əliyev ili” elan edilməsi ilə bağlı çoxşaxəli tədbirlər müəyyən edilərək həyata keçirilir.
Müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir.
Heydər əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər əliyev zəkasının işığında qədəm qoymuşdur.
Ulu öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.
Heydər əliyevin milli neft strategiyasını uğurla reallaşdırması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir.
Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.
12 noyabr 1995-ci ildə ümummilli liderimizin şəxsi rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi (referendum ) yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamız demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuşdur. Bununla əlaqədar ulu öndər bildirmişdir:
"Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm".
Ümummilli liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir.
1918-ci ildə yaradılan ədliyyə Nazirliyinə sovetlər dövründə biganə münasibət göstərilmiş, məhdud səlahiyyətlər çərçivəsində fəaliyyət göstərmiş, bu qurum dəfələrlə ləğv edilmişdir. Nazirliyin səmərəli dövlət strukturu kimi təşəkkül tapması Heydər əliyevin adı ilə bağlıdır.
Ulu öndərin Azərbaycan rəhbərliyinə ilk gəlişi ilə ədliyyə sistemində də oyanış başlanmış, ədliyyə Nazirliyi 1970-ci ildə bərpa olunmuş, onun fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edilmiş, milli kadr hazırlığına xüsusi diqqət yetirilmiş, bununla da ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaranmışdır.
Təsadüfi deyildir ki, nazirliyin yenidən təsis olunması ilə bağlı imzalanmış həmin qərarların surəti ədliyyə tarixi muzeyində qiymətli eksponat kimi saxlanılır.
Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi ümummilli liderimiz Heydər əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir.
Məhz Heydər əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğılı münasibət göstərilmişdir.
ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.
Eyni zamanda, ədalət mühakiməsi əleyhinə olan bir sıra cinayətlər üzrə, o cümlədən məhkəmə qərarlarını icra etməmə cinayətləri üzrə işlərinin ibtidai istintaqının aparılması üçün istintaq idarəsi təsis edilmişdir.
Heydər əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" ölkəmizdə ilk dəfə olaraq insan hüquqları üzrə müvəkkil (Ombudsman) institutunun təsis edilməsini gündəmə gətirmişdir.
Ombudsman aparatı fəaliyyətə başladıqdan sonra ədliyyə Nazirliyi tərəfindən həmin qurumla əlaqələr qurularaq səmərəli əməkdaşlıq yaradılmış, bu sahədə çoxsaylı tədbirlər həyata keçirilmişdir.
Ümummilli liderimiz Heydər əliyev tərəfindən dövlətin cəza siyasətində də islahatlar həyata keçirilmiş, bir çox fərman və sərəncamlar imzalanmışdır.
Dahi öndərin apardığı humanist siyasət nəticəsində şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmiş, unudulmuş əfv və amnistiya təsisatları bərpa edilmiş, 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanmışdır. Həmin dövrdə penitensiar müsəssisələrin ədliyyə Nazirliyinin tabeliyinə verilməsi işi başa çatdırılmışdır.
Məhz Heydər əliyevin təşəbbüsü ilə respublikamızın tarixində ilk dəfə olaraq 1999-cu ildə bələdiyyə seçkiləri keçirilmişdir.
Yerli özünüidarə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun təşkil edilməsinə köməklik göstərilməsi məqsədilə ümummilli liderimizin Sərəncamı ilə ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə iş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradılmış, bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi nazirliyə həvalə edilmişdir.
Heydər əliyevin hakimiyyəti illərində vətəndaş cəmiyyəti quruculuğu sahəsində də mütərəqqi dövlət siyasəti formalaşmış, siyasi partiyaların və qeyri-kommersiya qurumlarının sərbəst və maneəsiz fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır.
Qeyri-hökumət təşkilatları haqqında Qanun qəbul edilmiş, qeydiyyatı ədliyyə Nazirliyində həyata keçirilən qeyri-kommersiya hüquqi şəxsləri ilə sıx əməkdaşlıq yaradılmışdır
Notariat və qeydiyyat orqanlarının iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq bu orqanlarda da əsaslı islahatların həyata keçirilməsi üçün hüquqi baza yaradılmış, Ailə Məcəlləsi, "Notariat haqında" Qanun və digər qanunvericlik aktları qəbul edilmişdir.
Ulu öndər Heydər əliyevin 6 mart 2000-ci il tarixli Fərmanı ilə qeydiyyat orqanlarının idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı mühüm qərar qəbul olunmuş, bu orqanların ikili tabeçiliyinə son qoyularaq, onlar ədliyyə Nazirliyinin strukturuna daxil edilmişdir.
ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə Heydər əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası ədliyyə Nazirliyinin əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur.
Azərbaycanda ədliyyə işçilərinin peşə bayramını təsis etməklə ümumilli liderimiz ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmışdır.
Ümummilli lider Heydər əliyevin ədliyyə sistemində fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri hazırda öz bəhrəsini verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmişdir.
Həyata keçirilən səmərəli hüquqi islahatlar kursu Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev tərəfindən uğurla davam etdirilir, qısa dövr ərzində imzalanan fərman və sərəncamlar ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir.
ədliyyə sisteminə göstərilən diqqət və qayğının əyani təzahürü olaraq ədliyyə fəaliyyətinin Heydər əliyevin ölkəyə rəhbərliyi dövründə yaradılmış normativ-hüquqi əsasları daha da təkmilləşdirilmişdir.
2006-cı il aprel ayının 18-də ölkə Prezidenti tərəfindən nazirliyin yeni əsasnaməsi təsdiq olunaraq ona hüquq mühafizə orqanı statusu verilmişdir. Həmin ilin may ayında isə "ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul edilmişdir.
Dövlət başçısı tərəfindən "ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı ildə Fərman imzalanması və nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələ olmuşdur.
ədliyyə Nazirliyi ölkə Prezidentinin tapşırıqlarına əsasən az təminatlı vətəndaşların hüquqları barədə məlumatlandırılması və onların pulsuz hüquqi yardım xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə bölgələrdə hüquqi məsləhətlərin təşkil edilməsi istiqamətində tədbirlər həyata keçirilir, əhalinin hüquqi maarifləndirilməsi işində fəal iştirak edən nazirliyin internet saytı, hüquq jurnalı, "ədliyyə" qəzeti və digər nəşrləri dərc olunur.
Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir.
Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
Bu gün əsas vəzifələrimizdən biri ictimai həyatın bütün sahələrində quruculuq bərpa işlərini, ədalət mühakiməsi sistemini Müzəffər Ali Baş Komandan cənab Prezident ilham əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızda təmin etməkdir.
işğal dönəmində büsbütün dağıdılaraq minalanmış ərazilərimizdə dövlət başçısının rəhbərliyi ilə infrastruktur təzədən qurulur, o cümlədən qədim abidələrimiz, mədəni irsimiz respublikamızın Birinci vitse-prezidenti, Heydər əliyev fondunun prezidenti Mehriban xanım əliyevanın bilavasitə iştirakı ilə bərpa edilir.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının, eləcə də biz ədliyyə qulluqçularının şərəfli vəzifəsidir.
Elnur əsədov
Göyçay regional ədliyyə idarəsinin rəisi,
ədliyyə müşaviri