10-11 Sentyabr, 2018-ci il Qərb-Resurs VCiD iB Gürcüstanın CiDA təşkilatı ilə birgə Qazax rayonunda 30 nəfərdən ibarət müxtəlif sahələri təmsil edən Azərbaycan və Gürcüstan nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Bu barədə məlumat Qazax bələdiyyəsindən daxil olub.
Görüşdə Qardabani, Saqareco, Qazax və Ağstafa bələdiyyələrin müavinləri, biznes sektorlarının nümayəndələri, QHT-lər və kənd təsərrüfatı üzrə sahibkarlar iştirak ediblər.
Bununla bağlı Belediyye.infoya məlumat verən Qazax rayon bələdiyyəsinin sədr müavini Vüsal ismaylovun sözlərinə görə, tədbirin ilk günündə Layihənin eksperti Vüsal ismaylov Qazax və Ağstafa rayonları üçün hazırlanmış Bələdiyyə prioritet sahələri üzrə sənədlərin təqdimatını etdi, və eyni zamanda Qardabani və Saqareco bələdiyyə nümayəndələridə öz sənədlərini auditoriyaya təqdim etdilər. Görüş zamanı iştirakçılar tərəfindən Gürcüstan və Azərbaycan sərhədyani bölgələr arasında güclü əməkdaşlıq yaratmaq məqsədi ilə Birgə Fəaliyyət Planının hazırlanması üçün ilkin maraqlar, ideyalar, maneələr və onların aradan qaldırılması üçün həlli yolları müzakirə edildi və əməkdaşlıq üçün çox maraqlı sahələr araşdırılıb seçildi. iştirakçılara bu məqsədə nail olmaq üçün Azərbaycan tərəfindən layihənin məsləhətçisi Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzi informasiya Resursları və Texnologiya şöbəsinin müdiri – Vidadi Baxışov və Gürcüstan tərəfindən isə layihənin məsləhətçisi Mixeil Pakatsoşvili yardım etdilər. Birgə Fəaliyyət Planının təqdimatı üçün növbəti bir görüş Gürcüstanda keçiriləcəyi nəzərdə tutulur. Görüşdən sonra, “AVEY” Qazax Dövlət Tarixi mədəniyyət Qoruğu Gürcüstan nümayəndələrini Qarabulaq və Damçılı bulağı ilə tanış etdilər.
Tədbirin ikinci günü isə əməkdaşlıq üçün artıq müzakirə olunmuş ilkin platforma yarandı. Tədbir bitdikdən sonra tədbir iştirakçıları Qazax rayon Azər Xalça MMC nin istehsalat sahəsində oldular, və “əSəDOÄžLU” şirkətinin müdiri Vüqar Kərimov onları Qazax rayonu Ağköynək kəndində yerləşən öz istixanası və Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən üzüm bağları ilə tanış etdi.
Bir daha qeyd etmək istəyirik ki, “Gənc Sahibkarların Sinerjisi (YES!) Gürcüstan-Azərbaycan transsərhəd əməkdaşlığı üçün şəbəkə” Layihəsi şərq Tərəfdaşlığı ərazisi əməkdaşlığı (EaPTC) Gürcüstan-Azərbaycan proqramı çərçivəsində Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilir və Gürcüstanda Vətəndaş Cəmiyyətinin inkişafı Agentliyi (CiDA) və Azərbaycanda isə Qərb – Resurs Vətəndaş Cəmiyyətinin inkişafına Dəstək ictimai Birliyi (QR iB) tərəfindən icra edilir. Və layihənin bu fəaliyyətinin həyata keçməsində Qazax və Ağstafa rayon icra Hakimiyyətinin dəstəyinidə xüsusi ilə vurğulamaq istərdik.
Belediyye.info
|
|
|
|
|
|