"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan istanbulda keçirilən Avropa şurası Konqresinin Monitorinq Komitəsinin iclasında təmsil olunub

--2022-06-30 / 17:33

istanbul, 30 iyun, AZəRTAC

iyunun 30-da istanbulda Avropa şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq komitəsinin iclası keçirilib.

AZəRTAC xəbər verir ki, iclasda ölkəmizi Konqresdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Anar ibrahimov və Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev təmsil ediblər.

Türkiyə tərəfinin dəvəti ilə istanbulda keçirilər Avropa şurası Konqresinin Monitorinq Komitəsinin iclasının açılışında istanbul Böyükşəhər Bələdiyyəsinin sədri əkrəm imamoğlu və Konqresin Baş katibi Andreas Kiferin çıxışları olub.

Sonra komitənin iclasında Çex Respublikası, Belçika, Moldova, Danimarka və isveçdə Avropa şurası Konqresinin yerli və regional demokratiyanın vəziyyətinə dair monitorinqin nəticələri müzakirə edilərək, hazırlanmış hesabatlar, tövsiyə və qətnamə layihələri Avro şurası Konqresinin növbəti sessiyasının gündəliyinə salınmasına dair müvafiq qərarlar qəbul edilib.

iclasda, həmçinin Albaniya, Niderland və Serbiyada keçirilmiş yerli və regional səviyyədəki seçkilərdəki müşahidə missiyalarının hazırladıqları hesabatlar müzakirə edilib, eləcədə qarşıdakı seçki müşahidə missiyalarının təqvimi təsdiq olunub. Komitənin iclasında “Yerli və regional hakimiyyət orqanları üçün insan Hüquqları Təlimatı III cild: ətraf mühit və dayanıqlı inkişaf”, eləcə də “ətraf mühitə dair fundamental hüquqlar: yerli və regional hakimiyyət orqanlarının rolu” adlı sənədlər müzakirə edilib.

iclasda məsləhətləşmə və məlumatlandırma ilə bağlı siyasi müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar ibrahimov çıxış edib, ölkəmizdə məsləhətləşmə praktikasının ayrı-ayrı aspektləri barədə danışıb. iclasda, həmçinin Ukraynadakı cari vəziyyətin oradakı yerli və regional orqanlara təsiri müzakirə edilib və komitənin 2022-2023-cü illərə dair iş planı təsdiq olunub.

 

Sabir şahtaxtı

AZəRTAC-ın xüsusi müxbiri

 

https://azertag.az/xeber/Azerbaycan_Istanbulda_kechirilen_Avropa_Surasi_Konqresinin_Monitorinq_Komitesinin_iclasinda_temsil_olunub-2199845

istanbul

ŞƏRHLƏR