Cari ilindekabr ayının 23-də Ağdaş şəhəri Heydər əliyev mərkəzində Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir. Respublikanın 1227 kənd bələdiyyələrindən və Naxçıvan MR Kənd Bələdiyyələrinin Assosiasiyasından seçilmiş 247 nəfər nümayəndənin iştirakı ilə keçirilən Ümumi Yığıncaqda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, Milli Assosiasiyasının 2023-cu il üçün büdcəsi eləcədə təşkilati məsələlər müzakirə olunmuşdur.Qeyd olunmuşdur ki, ölkədə uğurla davam etdirilən dövlət siyasəti, bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza daha yaxından inteqrasiya olunmasına səbəb olmuş, vətəndaşların yerli özünüidarəetmədə fəallığı artmışdır. Hesabat ilində Milli Məclisin Regional Məsələlər Komitəsi, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi və qabaqcıl təcrübənin yayılması istiqamətində qarşlıqlı faydalı əməkdaşlıq əlaqələri davam etdirilmiş yerli özünüidarəetmənin qanunvericilik bazası təkmilləşmişdir.
Milli Assosiasiyalarla qarşlıqlı faydalı əməkdaşlıq əlaqələri ona hesablanmışdır ki, bələdiyyələrimiz müasir dövrün çağırışlarına daha yaxından inteqrasiya olunsun, ərazidə prioritet seçilən sosial məsələlər daha tez həllini tapsın. Bu baxımdan hesabat ilində görülmüş işlərin bir hissəsi yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı olmuşdur. Milli Assosiasiyaların təşəbbüsü və tövsiyəsi əsasında hər il bələdiyyələrdə keçirilən “Yerli Demokratiya Həftə”ləri, bəzi tədbirlər pandemiya şəraiti səbəbindən keçirilməmiş, lakin gələn il daha geniş və əhatəli tədbirlərin keçirilməsi planlaşdırılmışdır.
Ümumi Yığıncaqda həmçinin qeyd olunmuşdur ki, bələdiyyələrin iqtisadi potensialının artırılması sahəsində fəaliyyətin əlaqələndirilməsi davam etdirilmiş, iKT üzərindən “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” üzrə tədiyyəçilərin uçotunun daha da təkmilləşdirilməsinə nail olunmuş, vergi və ödənişlərin toplanmasında müsbət dinamika yaranmışdır. Bu səbəbdən ötən il ölkənin kənd bələdiyyələrinin gəlirləri artmış, sosial sifarişli layihələrin icrası sürətlənmişdir. Hesabat ilində kənd bələdiyyələri tərəfindən 31 istiqamətdə, müxtəlif sahələri əhatə edən layihələr icra olunmuşdur.Müasir tələblər baxımından iKT-nin bələdiyyə idarəçiliyində tətbiq olunması gələcəkdə Milli Assosiasiyanın ölkənin maliyyə, vergi və digər qurumları ilə daha koordinasiyalı fəaliyyətinə zəmin yaradacaqdır. Cari ildə bələdiyyələrin əsas gəlir mənbəyi olan vergilərin və vergi obyektlərinin düzgün uçota alınması üçün konkret tədbirlər nəzərdə tutulmuşdur. Bu məqsədlə BAMS-ın imkanlarından istifadə etməklə bələdiyyə xərclərində şəffaflığın və hesabatlılığın tam təmin olunması vacib hesab olunmuşdur. 2023-cü ildə çoxsaylı, səmərəli layihələrin icrası nəzərdə tutulmuşdur.Ötən dövrdə Milli Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri hökumət təşkilatları, xarici ölkələrin bələdiyyələri və assosiasiyaları ilə əməkdaşlıq əlaqələrini davam etdirmiş, xarici ölkə bələdiyyələri ilə qardaşlaşma üçün niyyət protokolları imzalanmışdır.
Ümumi Yığıncağın sonunda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul etmişdir.Ümumi Yığıncağın işində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi, Azərbaycan şəhər və Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyalarının sədrləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Milli Assosiasiyanın icra katibliyi
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|