"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan Milli şəhər Bələdiyyə Assosiasiyasının yeni sədri kim olacaq?

--2016-01-11 / 11:18

“Azərbaycan Milli şəhər Bələdiyyə Assosiasiyasına yeni sədr seçkisi aprel ayında keçirilməsi nəzərdə tutulur” – bunu Belediyye.infoya açıqlamasında assosiasiyanın yeni təyin edilmiş icraçı katibi, Azərbaycan Milli  şəhər,Qəsəbə və Kənd Assosiasiyalarının əlaqələndiricisi   Tofiq Həsənov bildirib. Həmin ay ərzində hesabat yığıncağı və idarə heyətinin toplantısı nəzərdə tutulur.

Hesabat yığıncağında təşkilatın illik hesabatı,  2016- il üçün illik büdcəsi, yerli vergilərin yığımında elektorn  ucot sisteminin təkmilləşdirilməsi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Bununla yanaşı yığıncaqda təşkilatı məsələyədə baxıla bilər.

Cari ildə bir sıra ciddi layihələrə imza atacaqlaırnı bildirən icraçı katib  əsas hədəfin bələdiyyələrarası əlaqələrin genişləndirliməsi və beynəlxalq təcrübədən bəhrələnməklə onun ölkə bələdiyyələri tərəfindən tətbiq edilməsinə çalışacaqlarını qeyd edib.

Beləliklə, Azərbaycan Milli şəhər Bələdiyyə Assosiasiyasının yeni sədrinin kimliyi aprel aynda bəlli olacaqdır.

Belediyye.info

 

    

ŞƏRHLƏR