"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan nümayəndə heyəti Alfonso Zardi ilə görüşüb

--2016-07-07 / 23:25

Gürcüstanın Batumi şəhərində “şərq tərəfdaşlığı ölkələrinin yerli özünüidarəetmə orqanlarının səmərəli inkişafına doğru: yeni imkanlar və üsullar” mövzusunda keçirilən konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin Avropa ittifaqının Demokratiya üzrə Baş direktorluğunun idarəetmə və Demokrtik institutlar Departamentinin rəhbəri Alfonso Zardi ilə görüşü olub.

Avropa ittifaqının rəsmisinə ədliyyə Nazirliyi rəhbərliyinin salamlarını çatdaran nümayəndə heyətinin rəhbəri Hafiz əliyev təşkil edilən konfransın bələdiyyə institutunun inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Görüşdə konfransda müzakirə edilən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin üzvü Bahadur Kərimovun  Belediyye.infoya verdiyi açıqlamaya görə, nümayəndə heyəti  gün ərzində Polşa, Belarus  və Moldovadan olan ekspert və bələdiyyə təmsilçiləriylə də yerli özünüidarəetmə məsələləri ətrafında müzakirələr aparıblar.

Belediyye.info

 

ŞƏRHLƏR