Azərbacan bələdiyyə üzvlərinin də daxil olduğu nümayəndə heyyəti Almaniyada səfərdə olub. Nümayəndə heyətinin əlaqələndiricisi ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin baş məsləhətçisi Qədir Xəlilovun Belediyye.infoya verdiyi məlumata görə, Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) tərəfindən təşkil olunan səfər 2015-ci ilin noyabr ayının 22-29-da Almaniyanın Potsdam şəhərində “Bələdiyyə layihələrinin maliyyələşdirilməsi” mövzusunda təcrübə mübadiləsi məqsədiylə həyata keçirilib. Nümayəndə heyətinə bələdiyyə sədrləriylə yanaşı, Bələdiyyələrlə iş mərkəzinin, Maliyyə nazirliyinin, Milli Məclis Aparatının, Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələri də daxil idi. Qeyd edək ki, təcrübə səfərində aşağıdakı mövzularda təlimlər təşkil olunub.
1. Brandenburq Federal Torpağının Daxili işlər və Yerli Özünüidarəetmə (Bələdiyyə) Məsələləri Nazirliyində: Bələdiyyə (yerliözünüidarəetmə) hüquqununəsasları, yerliözünüidarəetmə sahəsindəki funksiyalar və ərazi strukturları, yerli özünüidarəetməyə nəzarət çərçivəsində vəzifəvə səlahiyyətlər; Yeriözünüidarəetmə orqanların da yoxlama idarəsinin yaranması, strukturu və vəzifələri; Brandenburq şəhər və Bələdiyyələr Federasiyasının təqdimatı: federasiyanın rolu, vəzifələri; Brandenburq Federa Torpağında Yerli Özünüidarəetmə Siyasəti üzrə Sosial-Demokratik icma“ ictimai birliyinin təqdimatı.
2. Lübenau bələdiyyəsinin təcrübəsində kənd ərazisində tullantıların utilizasiyası və emalı. içməli su təchizatının planlaşdırılması, onun barəsində qərar qəbuledilməsi və təchizatın maliyyələşdirilməsi (rüsumlar, investisiyalar, hesablaşma) prosesi; 3. şpreevald bələdiyyəsinin təcrübəsində mənzillərini darəedilməsi, kirayə, təsərrüfat/istehlak xərcləri, investisiyaların həyata keçirilməsi, büdcə planlaşdırılması;
4. Lukenvald bələdiyyəsinin təcrübəsində investisiya niyyətini nplanlaşdırılması, icrası və ona nəzarət;
5. Brük şəhər administrasiyasında bələdiyyələrin maliyyəsi məsələsi;
6.Altdöbern bələdiyyəsi tərəfindən əvvəllər mədən sənayəsi məqsədilə istifadə edilmiş açıq dağ - mədən işlərinin aparıldığı ərazilərin bərpası, bələdiyyə infrastukturunun maliyyələşdirilməsi.
Səfər zamani Lübbenau şəhərinin bələdiyyə şurasının iclasının açıq hissəsində iştirak edilmiş, şuranın üzvləri üçün Azərbaycanla bağlı təqdimat keçirilmiş, bələdiyyə sədri Helmut Ventselə Azərbaycana dair kitab hədiyyə olunmuşdur.
Q.Xəlilovun sözlərinə görə, Almaniyanın bələdiyyə sistemiylə tanışlıq, o cümlədən onlarla Azərbaycan bələdiyyə təmsilçilərinin apardığı fikir mübadiləsi gələcəkdə faydalı əməkdaşlıq əlarələrinin qurulmasına təkan verəcəkdir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|