"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan nümayəndə heyəti Yekaplisdədir

--2019-07-06 / 18:30

Latviyanın Yekaplis bələdiyyəsi ilə Suraxanı rayon Qaraçuxur bələdiyyəsi arasında bağlanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq Yekaplisdə Azərbaycanımızın bir guşəsi acılıb- bu barədə məlumat Suraxanı rayonu Qaraçuxur bələdiyyəsindən daxil olub.

Azərbaycan guşəsində vətənimizə aid məlumatlar eyni zamanda görməli gəzməli yerlərimizlə bağlı fotolar öz əksini tapıb.

Tədbirdə ölkəmizi Suraxanı rayon icra Hakimiyyətinin başçısı ilqar Abbasov, Qaraçuxur bələdiyyəsinin sədri ixdiyar Nəcəfov, Azərabycan şəhər Bələdiyyələrinin Milli Asosasiyanın icra katibi Tofiq Həsənov və Azərbaycanın Latviyadakı Səfirliyi təmsil olunub.

Tədbirdə Suraxanı rayon icra Hakimiyyətinin başçısı ilqar Abbasov və  Yekaplis şəhər meri geniş məruzə ilə  cıxış ediblər.

Belediyye.info

ŞƏRHLƏR