sorğu
Türkiyənin istanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Baş Məclisinin IV toplantısı başa çatıb. Bu barədə Belediyye.info saytına məlumatı təşkilatın sədr müavini, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadə verib. Toplantıda qurumun büdcəsi müzakirə edilib və yeni tərkib idarə heyəti seçilib. Azərbaycan nümayəndə heyətinin təklifiylə bu dəfəki idarə heyətinə əvvəlki tərkibdən fərqli olaraq 10 nəfər türkdilli dövlətlərin nümyəndələri seçildilər. Qeyd edək ki, birliyin 28 ölkədən 1400 yaxın üzvü vardır. Ölkəmizi bu qurumda 428 bələdiyyə ilə təmsil olunur.