Azərbaycan prezidenti ilham əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxış edib. Dövlət başçısı çıxışı zamanı bələdiyyələrin fəaliyyəti ilə bağlı məsələlərə də toxunub:
“Yüksək gərginlikli xətlərin altında nə qədər binalar tikilib. insanlar bəlkə də bunu başa düşmür ki, bu, onların özləri üçün nə qədər böyük təhlükəlidir. Ancaq o icazəni kim verib? Elə bil ki, özbaşına tikiblər. Axı biz hamımız Azərbaycanda yaşayırıq. əgər yerli icra orqanları, bələdiyyə icazə verməsə, özbaşına kim nə edə bilər? Bələdiyyə bir növ necə deyərlər, icra başçılarının filialına çevrilib. Bələdiyyənin öz səlahiyyəti var. indi mən o fəaliyyəti görmürəm. Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə işlər dövlət büdcəsi hesabına görülür. Bələdiyyə bir kənd yolunu tikibmi? Halbuki bu, bilavasitə onun işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin ehtiyat fondunun hesabına biz tikirik. Bələdiyyə, sadəcə olaraq, bir möhür idarəsidir, yəni, qanunsuz əməllərə ştamp qoyur. Bu məsələ də prokurorluq tərəfindən araşdırılmalıdır, buna son qoyulmalıdır”.
Bəxtiyar Məmmədli