Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı ilham əliyevin doğum günüdür. Modern.az-ın məlumatına görə, ölkə başçısının 57 yaşı tamam olur.
ilham Heydər oğlu əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub.
1977-ci ildə Moskva Dövlət Beynəlxalq əlaqələr institutuna (MDBəi) daxil olub.
MDBəi-ni bitirdikdən sonra, 1982-ci ildə Moskva Dövlət Beynəlxalq əlaqələr institutunun aspiranturasına daxil olub.
1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq əlaqələr institutunda müəllim işləyib.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
iki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib.
1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. idmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa şurası Parlament Assambleyasında (AşPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.
2003-cü ilin yanvar ayında Avropa şurası Parlament Assambleyası sədrinin müavini, AşPA-nın Büro üzvü seçilib.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib.
2004-cü ilin aprelində AşPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AşPA-nın fəxri üzvü diplomu və AşPA medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan ilham əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
ilham əliyev 2013-cü il oktyabrın 9-da 3-cü dəfə Azərbaycan Prezidenti seçilib, o, seçkilərdə 84,54 faiz səs toplayaraq böyük üstünlüklə qalib gəlib.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də ilham əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Evlidir. Üç övladı, beş nəvəsi var.
Modern.az informasiya Agentliyi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı ilham əliyevi doğum günü münasibəti ilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır!
http://modern.az/az/news/187231#gsc.tab=0
P. S. Belediyye.info olaraq bizdə bu təbriklərə qoşuluruq və inanırıq ki, məhz Prezidentin məqsədli fəaliyyəti nəticəsində doğma Qarabağımıza Azərbayan bayrağı asacağıq.