Cari ilin dekabr ayının 21-də Sabunçu rayonu Bakixanov qəsəbəsi Gənclər mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir. Respublikanın 141 qəsəbə bələdiyyələrindən və Naxçıvan MR Qəsəbə Bələdiyyələrinin Assosiasiyasından seçilmiş 1 nəfər nümayəndənin iştirakı ilə keçirilən Ümumi Yığıncaqda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, Milli Assosiasiyasının 2023-cü il üçün büdcəsi, eləcə də təşkilati məsələlər müzakirə olunmuşdur.
Qeyd olunmuşdur ki, ölkədə uğurla davam etdirilən dövlət siyasəti, bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza daha yaxından inteqrasiya olunmasına səbəb olmuş, vətəndaşların yerli özünüidarəetmədə fəallığı artmışdır. Hesabat ilində Milli Məclisin Regional Məsələlər Komitəsi və ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ilə qabaqcıl təcrübənin yayılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri davam etdirilmişdir.
Milli Assosiasiyalarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri ona hesablanmışdır ki, bələdiyyələrimiz müasir dövrün çağırışlarına daha yaxından inteqrasiya olunsun, ərazidə prioritet seçilən sosial məsələlərin icrasına daha böyük diqqət yetirilsin. Bu baxımdan hesabat ilində görülmüş işlərin bir hissəsi yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı olmuşdur. Milli Assosiasiyaların təşəbbüsü və tövsiyəsi əsasında hər il bələdiyyələrdə keçirilən “Yerli Demokratiya Həftə”ləri və digər həlli vacib olan tədbirlər pandemiya şəraiti səbəbindən keçirilməmiş, 2023-cü ildə daha geniş və əhatəli tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır.
Ümumi yığıncaqda qeyd olunmuşdur ki, bələdiyyələrin iqtisadi potensialının artırılması sahəsində fəaliyyətin əlaqələndirilməsi davam etdirilmiş, informasiya-kommunikasiya texnologiyaları (iKT) üzərindən “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” üzrə tədiyyəçilərin uçotunun daha da təkmilləşdirilməsinə nail olunmuş, vergi və ödənişlərin toplanmasında müsbət dinamika yaranmışdır. Nəticədə ötən il ölkənin qəsəbə bələdiyyələrinin ümumilikdə gəlirləri artmış, sosial sifarişli layihələrin icrası dahada genişlənmişdir. Hesabat ilində qəsəbə bələdiyyələri tərəfindən 18 istiqamətdə, müxtəlif sahələri əhatə edən layihələr icra olunmuşdur.
Müasir tələblər baxımından iKT-nin bələdiyyə idarəçiliyində tətbiq olunması gələcəkdə Milli Assosiasiyanın ölkənin maliyyə, vergi və digər qurumları ilə koordinasiyalı fəaliyyətinə zəmin yaradacaqdır. Cari ildə bələdiyyələrin əsas gəlir mənbəyi olan vergilərin və vergi obyektlərinin düzgün uçota alınması üçün konkret tədbirlər nəzərdə tutulmuşdur. Bu məqsədlə BAMS-ın imkanlarınnan istifadə edilməklə bələdiyyə xərclərində şəffaflığın və hesabatlığın tam təmin olunması vacib hesab olunmuşdur. 2023-cü ildə çoxsaylı, səmərəli layihələrin icrası nəzərdə tutulmuşdur.
Ötən dövrdə Milli Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri hökumət təşkilatları, xarici ölkələrin bələdiyyələri və assosiasiyaları ilə əməkdaşlıq əlaqələrini davam etdirmişdir və bu məqsədlə müvafiq niyyət protokolları imzalanmışdır. Ümumi Yığıncağın sonunda müzakirə olunan məsələlər barədə qərarlar qəbul edilmişdir.
Ümumi Yığıncağın işində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi, Azərbaycan şəhər və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının sədrləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Milli Assosiasiyanın icra katibliyi
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|