"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan Qida Təhlükəsizliyi institutu regionlarda təlimlərə başlayıb

--2019-02-21 / 09:28

 Fevralın 21-də Azərbaycan Qida Təhlükəsizliyi institutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin şəkidəki regional idarəsində “istehsal müəssisələrində qida təhlükəsizliyi sisteminin idarə edilməsində beynəlxalq təcrübə və şəxsi gigiyena qaydaları” mövzusunda təlim keçirilib. Təlim institutun əməkdaşı Seymur Qafarov tərəfindən aparılıb. Bu barədə məlumatıə Azərbaycan Qida Təhlükəsizliyi institutu yayıb.

Tədbirdə şəxsi gigiyena qaydaları və istehsal obyektlərində sanitar-gigiyenik normaların qorunması, qida məhsullarının çirklənməsi və zərərvericilərlə mübarizə, tibbi müayinələrin aparılması və periodik tibbi yoxlanışlara nəzarət sistemi barədə məlumatlar verilib.

Bundan başqa, iştirakçılara sahə nəzarətçisinin qida keyfiyyəti ilə bağlı gündəlik yoxlamaları, COSHH sistemi, “Spill kit” qoruyucusu, düzgün etiketlənmə və mal qonşuluğu, HACCP prinsipləri barədə zəruri informasiyalar çatdırılıb.

interaktiv üslübda keçirilən təlimdə iştirakçıların fikirləri dinlənilib, suallar cavablandırılıb və video materiallar təqdim olunub.

Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.

Belə tədbirlərin davamlı olaraq regionlarda da keçirilməsi nəzərdə tutulur.

Belediyye.info

ŞƏRHLƏR