"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində islam inkişaf Bankının (iiB) nümayəndələri ilə görüş keçirilib

--2021-12-16 / 17:24
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində islam inkişaf Bankının (iiB) nümayəndələri ilə görüş keçirilib.
Dekabrin 16-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində islam inkişaf Bankının (iiB) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə islam inkişaf Bankının ölkə üzrə əməliyyatlar meneceri Dr. Fərid əhməd Xan, əməliyyatlar qrupunun rəhbəri Kokhorjon Aminov, texniki əməkdaşlıq üzrə baş koordinator əhməd Faruk Diken, gənclər məsələri ilə bağlı nümayəndə şaria Valker, bankın ölkə üzrə nümayəndəsi Lalə Yusifova və digər nümayəndələri iştirak edib.
Prezident Administrasiyasının məsul əməkdaşı, Agentliyin Müşahidə şurasının sədr müavini Vüsal Quliyev qonaqları salamlayaraq onlara Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə məlumat verib. V.Quliyev ölkədə QHT sektorunun inkişafı sahəsində görülən işləri diqqətə çatdıraraq, Azərbaycan və islam inkişaf Bankına üzv dövlətlərin QHT-ləri arasında əməkdaşlıq imkanlarına toxunub. O, Agentliyin islam inkişaf Bankı ilə birgə QHT-lər üçün qrant müsabiqələrinin keçirilməsini, habelə institusional inkişaf proqramlarının reallaşdırılmasını təklif edib.
Görüş zamanı islam inkişaf Bankının ölkə üzrə əməliyyatlar Meneceri Dr. Fərid əhməd Xan vətəndaş cəmiyyəti sahəsində islam inkişaf Bankına üzv dövlətlərin vətəndaş cəmiyyəti institutları arasında mühüm işlərin görülməsi imkanlarının vacibliyini vurğulayıb.
Sonra Agentliyin icraçı direktoru Aygün əliyeva çıxış edərək Agentliyin prioritet istiqamətləri üzrə yerli qeyri-hökumət təşkilatları üçün keçirilən qrant müsabiqələri və bu qrant müsabiqələrinə daxil olan layihələr haqqında məlumat verib.
Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları barədə geniş müzakirələr keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
ŞƏRHLƏR