"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyası ötən ilə yekun vurdu

--2017-04-27 / 10:29

27 aprel 2017-ci il tarixində Bakı şəhəri ”PARK iNN Hotel”-də Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib.
Ümumi Yığıncağın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclisin üzvləri Rüstəm Xəlilov, Kamran Bayramov, ədliyyə Nazirliyinin nümayəndəsi, Azərbaycan Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının sədrləri, QHT və KiV nümayəndələri iştirak ediblər.


Yığıncaqda Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nəzarət-təftiş komissiyasının hesabatları, 2017-cı il üçün büdcəsi layihəsi müzakirə olunub.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev bildirdi ki, Milli müstəqilliyimizi Ulu öndərimiz Heydər əliyevin ideyalarına bacarıqla uyğunlaşdıran cənab Prezident ilham əliyevin rəhbərliyi altında çevik dövlət siyasəti həyata keçirilir, uğurla aparılan siyasi-iqtisadi islahatlar ölkənin dinamik inkişafını təmin edir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısının dediyi kimi, ”Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və bütün əsas vəzifələr icra olunmuşdur.” ictimai-siyasi həyatımızın tərkib hissəsi olaraq ölkənin yerli özünüidarəetmə orqanları da bu inkişafa uyğun olaraq fəaliyyətini davam etdirmişdir. Hesabat ilində həmin fəaliyyətin əlaqələndirilməsi, Bələdiyyələrinin Milli Assosiasiyalarının prioritetləri olduğundan, sistemli olaraq müvafiq tədbirlər hazırlanıb həyata keçirilmişdir.


2017-cı ildə Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyası, yerli özünüidarəetmənin inkişafı və möhkəmlənməsi istiqamətində zəruru tədbirləri davam etdirmiş, qarşıda duran vəzifələr müzakirə olunmuşdur. 


Hesabat ilində yerli özünüidarəetmə orqanlarının beynəlxalq standartlara cavab verən hüquqi bazasının möhkəmlənməsi istiqamətində dövlət və hökümət orqanları ilə əməkdaşlıq əlaqələri davam etdirilmiş, yeni qanunların qəbul olunmasında Milli Assosiasiyaların təklifləri nəzərə alınmışdır.


Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov çıxış edərək qeyd etmişlər ki, ötən ilin fevral ayından başlayaraq, vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması üçün Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanmış və ötən ilin oktyabr ayından bələdiyyələrdə tətbiq edilməyə başlanmışdır. 


68 şəhər bələdiyyəsi və Naxçıvan MR şəhər Bələdiyyələrinin Assosiasiyasından seçilmiş nümayəndələrin ümumi yığıncağında qeyd olunub ki, Azərbaycan Prezidenti ilham əliyev tərəfindən uğurla həyata keçirilən islahatlar nəticəsində bələdiyyələrinin səlahiyyətlərinin və fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür.


Yığıncaqda vurgulanıb ki, ölkənin şəhər bələdiyyələri ötən dövr ərzində yerli əhəmiyyətli infrastruktur layihələrini uğurla icra ediblər.
2007-ci ildə bələdiyyə sədrlərinin I Ümumrespublika Toplantısında Milli Assosiasiyaların təşəbbüsü ilə irəli sürülmüş və uğurla davam etdirilən 68 şəhər bələdiyyəsi tərəfindən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 19 istiqamətdə, 409 layihə üzrə, 3.799.002 manatlıq müxtəlif xarakterli sosial layihələr icra olunub.


Həyata keçirilənlayihələr sırasında 97 layihə üzrə 1.314.257 manatlıq abadlıq və quruculuq işlərinin görülməsinə, 49 layihə üzrə 936.017 manatlıq bələdiyyə yollarının saxlanmasına, 38 layihə üzrə 356.888 manatlıq yaşıllaşdırma işlərinin yerinə yetirilməsinə, 13 layihə üzrə 89.548 manatlıq xeyir-şər evlərinin tikintisinə, 19 layihə üzrə 109.428 manatlıq məişət tullantılarının daşınmasına, 71 layihə üzrə 388.148 manatlıq yardım və mükafatların verilməsinə, 16 layihə üzrə 82.478 manatlıq yaşayış binalarının saxlanılmasına, 43 layihə üzrə 259.971 manatlıq digər layihələr yerinə yetirilib.

Cari ildə isə 19 istiqamətdə, 447 layihə üzrə, 6.450.227 manatlıq müxtəlif xarakterli sosial layihələr icra nəzərdə tutulmuşdir. Bütün bunlar onu göstərir ki. regionların sosial-iqtisadi inkişafında, davamlı olaraq bələdiyyələrimizin də özünəməxsus yeri və payı vardır.


Demokratik ənənələrin inkişafı istiqamətində ötən il oktyabr ayının 31-dən noyabr ayının 06-dək, ““Çoxmədəniyyətli cəmiyyətdə birgə yaşamaq: qarşılıqlı hörmət, dialoqun dəstəklənməsi, birgə hərəkət” şüarı altında “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində keçirilmiş 569 görüşdə 92.454 nəfər iştirak etmiş, bələdiyyələrdə 6.344 nəfər vətəndaş qəbul olunmuşdur.


əvvəlki illə müqayisədə görüşlərdə 16748 nəfər, başqa sözlə 22 faiz artıq vətəndaş iştirak etmiş, 400 nəfər və ya 7 faiz artım olmaqla vətəndaşların qəbulu aparılmışdır. Bu o deməkdir ki, otən il yerli özünüidarəetmə qurumlarının apardıqları məqsədyönlü işlərin nəticəində fəaliyyət göstərdikləri ərazidə onların nüfuzu getdikcə artır.

Bələdiyyələrin yerinə yetiridyi funksional vəzifələr onların maliyyə resurslarından asılı olduğundan yerli büdcənin formalaşması, iqtisadi potensialın dayanıqlı maliyyə mənbələri üzərində qurulması məsələləri Ümumi Yığıncağın ciddi müzakirə obyekti olmüşdur.


ilk dəfə olaraq Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanmış və ötən ilin oktyabr ayından bələdiyyələrdə tətbiq edilməyə başlanılmışdır. BAMS proqramı bələdiyyələrin bütün fəaliyyətini əks etdirən məlumatları bazada yerləşdirməklə vergi və ödənişlər, həmçinin gəlir və xərclərlə bağlı aparılacaq bütün əməliyyatları qeydə alır və lazım olan statistik məlumatları operativ əldə etmək imkanı yaradır. Hal-hazırda bu proqram respublikanın bütün bələdiyyələrində uğurla tətbiq olunur. Bələdiyyələrdə fəaliyyəti ilə, o cümlədən vergi və ödənişlərlə bağlı vahid informasiya bazasının yaradılması başa çatdırılmışdır ki, bu da gələcəkdə yerli büdcə daxilolmalarının kifayət qədər artımı üçün müvafiq şərait yaradır.


Hesabat verilmişdir ki, 2016-cı ildə şəhər bələdiyyələrinin büdcə gəlirləri 11.187.631 manat xərcləri isə 11.157.538 manata bərabər olmuşdur.
əvvəlki illərdə olduğu kimi, büdcə daxilolmalında yerli (bələdiyyə) vergi və ödənişlərdən daxil olmalar üstünlük təşkil etmişdir. Daxilolmaların 9.111.505 manatı və ya 81,4 fazi yerli (bələdiyyə) vergi və ödənişlər, 1.614.849 manatı və ya 14,4 fazin dövlət tərəfindən ayrılan dotasiyalar, 461.277 manatı və ya 4.1 faizi digər ğəlirlər hesabına formalaşmışdır.


Qərara alınmışdır ki, BAMS üzrə aparılan işlər davam etdirilməli, yeni iqtisadi şəraitə uyğun olaraq müəssisə və xidmət sahələri yaradılmalı, bir sözlə bələdiyyələrin iqtisadi potensialı dayanıqlı maliyyə mənbələri üzərində qurulmalıdır. 


 Tədiyyəçilərin dəiqiq uçotu aparılmalı, həmçinin nəğdsiz ödənişlərin bank və poçt müəssisələrindən başqa mobil vasitələr və ya stasionar qurgulardan istifadə etməklə onlayn qaydada ödənilməsi eləcədə “Bələdiyyələrinn Avtomatlaşdırılmış Məlumat Sistemi”-nin tətbiqi sahəsində bələdiyyələrə əməli köməklik göstərilməsi və maariflənmə işi davam etdirilməlidir.


Hesabat dövründə Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri hökumət təşkilatları, xarici ölkələrin assosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrini davam etdirmişdir.


Xatırladaq ki, aprel ayının 28-də Bakı şəhərinin Suraxanı rayonunda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının, aprel ayının 29 də isə Ucar şəhərində Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncaqlarının keçirilməsi nəzərdə tutulur.

Belediyye.info

ŞƏRHLƏR