"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi Yığıncağı keçirilib

--2022-12-19 / 18:12

Cari ilin dekabr ayının 19-da şirvan şəhəri, Gənclər mərkəzində Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir. Respublikanın 68 şəhər bələdiyyələrindən və Naxçıvan MR şəhər Bələdiyyələrinin Assosiasiyasından seçilmiş 69 nəfər nümayəndənin iştirakı ilə keçirilən Ümumi Yığıncaqda Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, Milli Assosiasiyasının 2023-cü il üçün büdcəsi, eləcə də təşkilati məsələlər müzakirə olunmuşdur.

Qeyd olunmuşdur ki, ölkədə uğurla davam etdirilən dövlət siyasəti, bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza daha yaxından inteqrasiya olunmasına səbəb olmuş, vətəndaşların yerli özünüidarəetmədə fəallığı artmışdır. Hesabat ilində Milli Məclisin Regional Məsələlər Komitəsi və ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ilə qabaqcıl təcrübənin yayılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri davam etdirilmişdir.

Milli Assosiasiyalarla qarşlıqlı faydalı əməkdaşlıq əlaqələri ona hesablanmışdır ki, bələdiyyələrimiz müasir dövrün çağırışlarına daha yaxından inteqrasiya olunsun, ərazidə prioritet seçilən sosial məsələlərin icrasına daha böyük diqqət yetirilsin. Bu baxımdan hesabat ilində görülmüş işlərin bir hissəsi yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı olmuşdur. Milli Assosiasiyaların təşəbbüsü və tövsiyəsi əsasında hər il bələdiyyələrdə keçirilən “Yerli Demokratiya Həftə”ləri və digər həlli vacib olan tədbirlər pandemiya şəraiti səbəbindən keçirilməmiş, 2023-cü ildə daha geniş və əhatəli tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır.

Ümumi Yığıncaqda qeyd olunmuşdur ki, bələdiyyələrin iqtisadi potensialının artırılması sahəsində fəaliyyətin əlaqələndirilməsi davam etdirilmiş, informasiya-kommunikasiya texnologiyaları (iKT) üzərindən “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” üzrə tədiyyəçilərin uçotunun daha da təkmilləşdirilməsinə nail olunmuş, vergi və ödənişlərin toplanmasında müsbət dinamika yaranmışdır. Nəticədə ötən il ölkənin şəhər bələdiyyələrinin ümumilikdə gəlirləri artmış, sosial sifarişli layihələrin icrası dahada genişlənmişdir. Hesabat ilində şəhər bələdiyyələri tərəfindən 20 istiqamətdə, müxtəlif sahələri əhatə edən layihələr icra olunmuşdur.

Müasir tələblər baxımından iKT-nin bələdiyyə idarəçiliyində tətbiq olunması gələcəkdə Milli Assosiasiyanın ölkənin maliyyə, vergi və digər qurumları ilə daha koordinasiyalı fəaliyyəti zərurətini yaradacaqdır. Cari ildə bələdiyyələrin əsas gəlir mənbəyi olan vergilərin və vergi obyektlərinin düzgün uçota alınması üçün konkret tədbirlər nəzərdə tutulmuşdur. Bu məqsədlə BAMS-ın imkanlarınnan istifadə edilməklə bələdiyyə xərclərində şəffaflığın və hesabatlığın tam təmin olunması vacib hesab olunmuşdur. 2023-cü ildə çox saylı, səmərəli layihələrin icrası nəzərdə tutulmuşdur.

Ötən dövrdə Milli Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri hökumət təşkilatları, xarici ölkələrin bələdiyyələri və assosiasiyaları ilə əməkdaşlıq əlaqələrini davam etdirmiş, 35 xarici ölkə bələdiyyələri ilə qardaşlaşma üçün niyyət protokolları imzalanmışdır.

Ümumi Yığıncağın sonunda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilmişdir.

Ümumi Yığıncağın işində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi, Azərbaycan Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının sədrləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Milli Assosiasiyanın icra katibliyi

ŞƏRHLƏR