"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan son 17 il ərzində çoxsaylı tarixi uğurlara imza atıb

--2021-11-13 / 14:08

Azərbaycan son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atıb.

Bu dövrü məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirmək tarixçilərin, politoloqların, alimlərin öhdəsinə düşür.

Son 17 il gənc ölkəmiz üçün əvvəlki dövrə, o möhkəm təmələ əsaslanmış yeni dövrdür.

2003-2020-ci illər “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü olmuşdur.

Müstəqil Azərbaycanın davamlı inkişafı daim müqayisəli təhlili zərurətə çevirir.

Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər əliyevin 1993-cü ildə ölkəmizin ən ağır günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra söylədiyi “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikirləri də dahi şəxsiyyətin uzaqgörənliyinin, həyata keçirilən siyasətin gələcəyə hesablandığının təsdiqi idi.

Ümummilli liderin böyük inamla söylədiyi bu fikirin davamı olaraq 2003-cü ildən bu xətti uğurla davam etdirən Prezident ilham əliyev bildirib: “Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir”. Hər zaman bəyan edildiyi kimi, bu gün Azərbaycan Cənubi Qafqazın parlayan ulduzu, dünyanın 10 xoşbəxt ölkəsindən biri kimi tanınırsa, bu, həyata keçirilən siyasətin uğurlarından qaynaqlanır.

Azərbaycanı uğurlu gələcəyə aparan inkişaf strategiyası hazırda beynəlxalq aləmdə təqdir olunur və öyrənilməsinin vacibliyi bildirilir.

Möhkəm təməl üzərində inkişaf edən Azərbaycan öz liderliyini beynəlxalq qurumların hesabatlarında da qorumaqdadır. Azərbaycan ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutaraq atdığı hər addımı ilə bu dəyərlərə sadiqliyini sözdə deyil, əməldə də sübut etdiyini göstərir.

Hər bir inkişafın təməlində sabitliyin və iqtisadi tərəqqinin dayandığını nəzərə alsaq, bu gün Azərbaycanın sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanınması və nüfuz qazanması hər bir məqsədə yüksək səviyyədə çatmağa əsas yaradır.

Müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni-mənəvi inkişafının son 17 illik tarixi bilavasitə Azərbaycan Respublikasının Prezidenti, hazırda dünya siyasi liderləri sırasında intellektual potensialına görə xüsusi ilə fərqlənən, müasir imicli siyasi xadim kimi böyük nüfuza malik olan cənab ilham əliyevin adı ilə bağlıdır.

 Gülçin Bağırova  

şəmkir rayonu Bayramlı bələdiyyəsinin sədri

ŞƏRHLƏR