Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) idarə Heyətinin əsasən 3 aydan bir təşkil edilən növbəti iclası Türkiyənin izmir şəhərində keçirilib.
Bu barədə AZəRTAC-a Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından bildirilib.
Qeyd edilib ki, TDBB-nin və Konya Böyükşəhər bələdiyyəsinin sədri Uğur ibrahim Altay iclasın gündəliyi barədə məlumat verib. Türk dövlətlərini təmsil edən şəhərlərin və birliklərin rəhbərlərinin təmsil olunduğu iclasda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi ehtiramla anılıb. Uğur ibrahim Altay 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın və bütövlükdə Türk Dünyasının tarixində yeni səhifə yazıldığını bildirib.
Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, idarə Heyətinin üzvü Təmraz Tağıyev 20 Yanvar hadisəsinin Türk Dünyasının heç zaman unudulmayan ən acı günlərindən biri olduğunu, ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, xüsusilə də Azərbaycan Prezidenti ilham əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib ərdoğan tərəfindən keçən ilin iyununda imzalanmış tarixi şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin əhəmiyyətini qeyd edib.
iclasda TDBB tərəfindən birliyə üzv olan dost və qardaş ölkələrin, o cümlədən Azərbaycanın yerli özünüidarəetmə orqanları ilə birgə görülən işlər, eləcə də hazırda həyata keçirilən və yaxın gələcəkdə nəzərdə tutulan fəaliyyət sahələri, tədbirlər və layihələr geniş müzakirə olunub.
|
|
|
|