"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədədir

--2016-08-01 / 00:01

Azərbaycan Respublikasının istanbuldakı baş konsulu Məsim Hacıyev istanbulun Sarıyer rayon bələdiyyəsinin sədri şükrü Gənç ilə görüşüb.

Sarıyer bələdiyyəsində keçirilən tanışlıq xarakterli görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti yüksək dəyərləndirilib.

M.Hacıyev diqqətə çatdırıb ki, Sarıyerdə Azərbaycan xalqının ümummilli lideri Heydər əliyev Parkının olması və burada Ulu Öndərimizin heykəlinin ucaldılması Türkiyənin Azərbaycan xalqına olan tükənməz ehtiramının nümunəsidir.

Azərbaycanın baş konsuluna Türkiyədəki fəaliyyətində uğurlar arzu edən bələdiyyə sədri diqqətə çatdırıb ki, Heydər əliyev Parkı Sarıyerin ən səfalı yerlərindən birində, istanbul boğazı sahilində yerləşir. insanlar bu gözəl parkda asudə vaxtlarını keçirməkdən məmnunluq duyurlar.

Sabir şahtaxtı

AZəRTAC-ın xüsusi müxbiri

http://azertag.az/xeber/977689

ŞƏRHLƏR