Bu barədə belediyye.info-ya Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından bildirilib.
Onlayn görüşün iştirakçıları hər iki dövlətin yerli idarəetmə orqanlarının Koronavirus (COViD-19) pandemiyası dövründə həyata keçirdikləri mübarizə tədbirləri, Azərbaycan və Litvanın yerli qurumlarının gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Görüşdə çıxış edən Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası işçi qrupunun və Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov, Naftalan şəhər icra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı və Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar ibrahimov, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasınnın sədri Təmraz Tağıyev ilk öncə Müzəffər Ali Baş Komandan, Prezident ilham əliyevin rəhbərliyi ilə Milli Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması və həmin ərazilərdə infrastrukturun müasir səviyyədə bərpası istiqamətində görülən tədbirlər barədə məlumat verdilər. Bidirildi ki, hər iki ölkənin yerli idarəetmə qurumları və onların Milli Assosiasiyaları arasında yaranmaış əlaqələr və bağlanmış qarşılıqlı əməkdaşlıq haqqında müqavilələrdən irəli gələn vəzifələr dövlətlərarası dostluq münasibətlərinin inkişafına böyük töhfələr verir.
Qazax rayon icra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova Qazax rayunu ilə Litvanın Trakay şəhəri, Səbail bələdiyyəsinin sədri Hacı əliyev isə Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri ilə qarşılıqlı əməkdaşlıq tədbirləri barədə məlumat verdilər.
Litva Yerli Hakimiyyətlər Assosiasiyasının rəhbəri Mindauqas Sinkiavikiçus əvvəlcə Azərbaycanlı həmkarlarını torpaqlarımızın işğaldan azad olunması münasibəti ilə təbrik edərək gələcəkdə Qarabağda bələdiyyələrin yaradılması prosesində təcrübə mübadiləsi və ptaktiki məsələlərdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdilər. Mindauqas Sinkiavikiçus Milli Assosiasiyalar arasında ötən dövrdə yaradılmış əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdilər. Litva Yerli Hakimiyyətlər Assosiasiyasının direktoru Roma Zakaitene, Trakay şəhərinin meri Edite Rudeline, Okmyane şəhərinin meri Vitaliy Mitrofanov, Pasvalis şəhərinin meri, Avropa şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Litva nümayəndə heyətinin rəhbəri Gintautas Qedijinskas hər iki tərəfin postpandemiya dövründə əməkdaşlıq perspektivlərindən danışdılar.
Onlayn görüşdə son vaxtlar Prezident ilham əliyevin rəhbərliyi ilə Naftalan şəhərində aparılan sosial-iqtisadi layihələr barədə məlumat verildi. Qeyd olundu ki, bu nadir sağlamlıq məkanının turizm potensialı daha da yüksəlməklə xarici turistlərin sayı əhəmiyyətli dərəcədə artıb.
Yekunda hər iki dövlətin yerli idarəetmə orqanları arasında qardaşlaşmış şəhərlər layihəsinin vacibliyi və yaxın gələcəkdə yeni partnyorların müraciətləri əsasında əlavə müzakirələrin təşkil olunacağı qeyd olundu.