şəkidə bələdiyyə sədri özünü asıb.
APA-nın yerli bürosunun xəbərinə görə, şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır.
http://www.apa.az/xeber-az/hadise/azerbaycanda-belediyye-sedri-intihar-edib-
P.S. Belediyye.infonun əldə etdiyi məlumata gorə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsini bitirib, yaşadığı kənddə tarix müəllimi işləyib. F.Rüstəmov 2014-cü ildə bələdiyyə üzvü, 2015-ci ilin yanvarından isə bələdiyyə sədri vəzifəsində seçilib.