"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanda bələdiyyə sədri yol qəzası zamanı ağır yaralanıb

--2016-08-06 / 01:01

 

Daşkəsən rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 53 yaşlı Akif əziz oğlu Muradov idarə etdiyi NiVA markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və qarşı tərəfdən gələn "QAZ- 24" markalı avtomobillə toqquşub.

Nəticədə NiVA-nın sürücüsü A.Muradov və onun sərnişini Sabir Camalov müxtəlif bədən xəsarətləri alıb və Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiyə şöbəsinə yerləşdiriliblər. 

Xəstəxanadan verilən məlumata görə, A.Muradov kəllə-beyin travması, S.Camalov isə döş qəfəsinin sınığı xəsarəti alıb, hər iki yaralının vəziyyəti ağırdır.

Faktla bağlı Daşkəsən Rayon Polis şöbəsində araşdırmalara başlanılıb. 

Qeyd edək ki, NiVA-nın sürücüsü A.Muradov Daşkəsən rayonunun Zəylik kənd bələdiyyəsinin sədridir.

http://report.az/hadise/azerbaycanda-belediyye-sedri-yol-qezasi-zamani-agir-yaralanib/

ŞƏRHLƏR