"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanda bir neçə bələdiyyənin adı dəyişdirilir - SiYAHI

--2018-11-25 / 15:54

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanda bir neçə bələdiyyənin adı dəyişdirilir.

“Report” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilir.

Dəyişikliklə, Ağsu rayonunun Gürcüvan bələdiyyəsi Xanbulaq, Goranboy rayonunun Ağamalıoğlu bələdiyyəsi Düzqışlaq, əzizbəyov bələdiyyəsi Kəhrizli, Xaçmaz rayonunun Alekseyevka bələdiyyəsi Çaykənarı, Müqtədir bələdiyyəsi istisu, Xızı rayonununşuraabad bələdiyyəsi şorabad, Qusar rayonunun şirvanovka bələdiyyəsi şirvanlı, Masallı rayonunun Kalinovka bələdiyyəsi Viləş, Saatlı rayonunun Xanlarkənd bələdiyyəsi Nabatkənd, Qarayevkənd bələdiyyəsi Orta Muğan, Samux rayonunun Qırmızı Samux bələdiyyəsi Qaraağaclı, şəmkir rayonunun Qasım ismayılov bələdiyyəsi Ağlavaşlı, Muxtariyyat bələdiyyəsi Qədimqala adlandırılır.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

https://report.az/milli-meclis/azerbaycanda-bir-nece-belediyyenin-adi-deyisdirilir/

ŞƏRHLƏR