Azərbaycanda tarixən multikultural dəyərlər qorunub, respublikamız demokratik, dini məsələlərdə dözümlü, tolerant ölkədir. Ölkəmizdə bu dəyərlərin olması, digər ölkələr üçün örnək kimi təqdim edilir. Azərbaycan Konstitusiyasında da dini etiqad azadlığı təsbit olunub və dini radikalimzlə mübarizə ilə bağlı qanunlar qüvvədədir. Ölkəmizdə hər bir insan azad şəkildə öz sözünü deyə bilir.
Müstəqilliyin ilk illərindən vətəndaşlarımıza azad, sərbəst şəkildə dini etiqadlarını yerinə yetirmək üçün bütün imkanlar yaradıldı. Yüzlərlə ibadət evləri tikildi, təmir olundu və dindarların istifadəsinə verildi. Qaraçuxur qəsəbəsinin ərazisində yerləşən “Qaraçuxur” və qəsəbənin Yeni Günəşli yaşayış sahəsində tikintisi yarımçıq qalmasına baxmayaraq fəaliyyət göstərən “Fatmeyi-Zəhra” adına məscidlər də müstəqillik dövründə qazanılmış dini etiqad azadlığının bariz nümunələridir.
Lakin müstəqilliyimizlə bərabər əldə etdiyimiz azadlıqlar, üstəgəl tarixən formalaşmış tolerantlıq ənənələri, multikiltural dəyərlərə milli münasibətimiz dünyanın bir çox bizi istəməyən qüvvələrinə bizə qarşı gizli mübarizədə münbit şərait yaratmış oldu.
Din pərdəsi altında ölkəmizə müxtəlif təhtidlər olmağa, gənclərimizi radikalizmə sövq edənlərin fəaliyyəti güclənməyə başladı.
Hazırda dünyada məhz dini dözümlülük-tolerantlıq baxımından yaranan problemlər, xüsusislə münaqişələr hər kəsə bəllidir. Bu səbəbdən də dini konfessiyalar arasında tolerant münasibətlərin inkişaf etdirilməsi dünyanın bir çox dövlətlərinin diqqət mərkəzindədir.
Azərbaycanda isə bu məsələ müsbət baxımdan tamam fərqli şəkildədir. Çünki Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına eyni qayğı ilə yanaşılıb. Buna ölkəmizdə milli, irqi və dini zəmində münaqişələrin, qarşıdurmaların olmaması da əyani sübutdur.
Lakin bununla arxayınlaşmaq olmaz. iki il bundan öncə “Qaraçuxur” məscidində yanğın cəhdi, qeyri-ənənəvi dini cərəyanların bu məscidə ayaq açması, onların maliyyə mənbələrində aşkarlığın olmaması və s. məsələlərin baş qaldırması bir siqnaldır və qabaqlayıcı tədbirlər görülməsini zəruri edir.
Qaraçuxur qəsəbəsi rayonun ən çox əhali yaşayan qəsəbəsidir.
ərazisi - 11,2 kvadrat км olan qəsəbədə 85239 nəfər yaşayır. əhalisinin 91,64 faizi azərbaycanlılardır. Qəsəbəmizdə azərbaycanlılarla yanaşı ruslar, tatarlar, ukraynalılar, ləzgilər, yahudilər, türklər, gürcülər və digər xalqların nümayəndələri yaşayırlar.
Dini radikalizmə qarşı mübarizə qarşıda duran ən vacib vəzifələrdən biridir, dini radikalizm və ekstremizmə qarşı mübarizə də ardıcıl və davamlı xarakter daşımalıdır. iraqda baş verən son hadisələr artıq bunu zərurətə çevirir. Gizli deyil ki, ölkəmizi də iraq və Suriyaya çevirmək istəyənlər var. Həmvətənimizlərin Suriyaya getmələri, orada döyüşmələri və həlak olmalar barədə mediyadan xəbərlər alırıq. Qayıdanlar təbii ki, Azərbaycan qanunlarına görə cəzalandırılır. Qayıtmayanların, ailəsi, övladları orada girov qalanların aqibəti daha acı olur. Dövlətimizin varlığı, dinimizin saflığı, və cəmiyyətimizin sabitliyi naminə bu qara niyyətlərin qarşısında bütün cəmiyyətimiz əl-ələ verib birləşməli, dindən sui-istifadə hallarının qarşısını almalı, məkrli planları alt-üst etməlidir.
Burada ən ilkin addım gənclərlə, yeniyetmələrlə təlim-tərbiyə işinin düzgün qurulmasıdır.
Dini radikalizmə qarşı mübarizədə istiqamətlərdən ən əsası maarifləndirmədir. Biz gənclərə hələ o yola getməkdən xeyli əvvəl düz yolu göstərməli və paralel olaraq həmin qüvvələrə qarşı mübarizə aparmalıyıq.
Cari ildə ərazimizdə yerləşən məktəblərdə (Bələdiyyənin ərazisində 13 təhsil müəssisəsi var) məktəblilərlə silsilə görüşlər, seminarlar, düsputlar, dəyrimi masalar və s. keçirilməsi təşkil olunmuş, bu sahədə təcrübəsi olan və fəaliyyət göstərən QHT, ictimai birlik, dövlət təşkilatlarının yerli qurumlarına tədbirlərin təşkilində yaxından köməklik göstərilmiş və iştirakçısı olmuşuq.
Dini radikalizm ümumbəşəri bəladır. Dini radikalizm harada inkişaf tapırsa, orada fəlakət baş verir. Bunun baş verməməsi üçün bütün cəmiyyət, dövlət qurumları birgə çalışmalıdır, dini radikalizmə qarşı birgə mübarizə aparmalıdır.
Dini radikalizmə qarşı mübarizədə istiqamətlərdən biri də iqtisadi sahədə olan mübarizədir. imkan verməməliyik ki, bu cür radikal insanlar pul vəsaiti əldə edib özünü varlı kimi nümunə göstərsinlər. Onlara imkan verilməməlidir maliyyə vəsaiti əldə etsinlər və onu gəncləri öz təsir altına almaq üçün istifadə etsinlər. Təəssüf ki, “Qaraçuxur” məscidinin ətrafında sələfilərin ticarət obyektlərinin artması hamımızı düşündürməlidir.
Tolerantlığın Azərbaycanda dərin tarixi kökləri var. Biz ruhən tolerantıq.
Ona görə də bir neçə gün bundan əvvəl Tolerantlıq gününün böyük təntənə ilə qeyd etdik. Bu hər bir Azərbaycan vətəndaşının haqqıdır. Yenidən müstəqillik qazandıqdan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan milli və dini icmaların arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradıb. Bütün bunlar, heç şübhəsiz, Ulu Öndər Heydər əliyevin əsasını qoyduğu düzgün strateji xəttin Prezidentimiz cənab ilham əliyev tərəfindən ləyaqətlə davam etdirilməsinin göstəricisidir.
Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş bərabərhüquqlu və öz inancına görə azaddır. Ölkəmiz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Təsadüfi deyil ki, hazırda tolerantlığın Azərbaycan modeli dünyanın aparıcı və inkişaf etmiş ölkələri tərəfindən diqqətlə öyrənilir. Ona görə də deyə bilərik ki, multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Bu siyasətdən imtina etmək antisemitizmə, ksenofobiyaya, islamafobiyaya gətirib çıxara bilər. Bu səbəbdən də Azərbaycan dövləti öz vətəndaşını qorumaq, davamlı sabitliyini təmin etmək üçün məhz multikulturalizm siyasətinə böyük önəm verir.
Dini radikalizmə qarşı mübarizə hamımızın borcudur. Burada müxtəlif metodlar var. ən başlıcası isə bizim öhdəmizə düşən maarifləndirmədən keçir.
Bələdiyyə olaraq ərazimizdə daim marifləndirmə işlərinin aparılması üçün koordinator rolunu aparmağa çalışırıq, dini radikalizmə qarşı mübarizəni qarşımızda duran ən vacib vəzifələrdən biri hasab edirik.
ixtiyar Nəcəfov
Suraxanı Rayon Qaraçuxur bələdiyyəsinin sədri