"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanda sosial müavinətlər artırıldı

--2016-01-19 / 23:27

Azərbaycan Prezidenti ilham əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzalayıb.

Fins.az-ın məlumatına görə, fərmanda deyilir ki, əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

http://fins.az/sosium/894263/Azerbaycanda_sosial_muavinetler_artirildi.html

ŞƏRHLƏR