Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Nəbizadə Azərbaycanda turizmin inkişafıyla baglı maraqlı status yazıb. Millət vəkilinin maraq doğuran mülahizələrini olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
“Bakıda keçirilən islamiada və Formula yarışları ərəfəsində Alış-veriş Festivalı da keçiriləcək. Bununla əlaqədar şəhərimizə turist axını gözlənilir. Aprel-may aylarına bütün otel nömrələri artıq sifariş olunub, ən çox da ərəb ölkələrindən olan turistlər tərəfindən. Turizm inkişaf edir, bu həm sahibkarlara, həm də ölkə büdcəsinə əlavə gəlirlərin əldə olunmasını təmin edəcək”
Belediyye.info