"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanda Yerli Demokratiya Həftəsinə start verilib

--2015-10-06 / 11:09

Bu barədə məlumatı Azərbaycan Milli şəhər Bələdiyyə Assosiasiyasının icra katibi Həzi əkbərov verib.

ənənəvi olaraq 2007-ci ildən keçirilən "demokratiya həftəsi" bələdiyyələrin sakinlərlə daha açıq və şəffaf şəkildə əlaqələrinin  qurulmasına şərait yaradır.

Azərbaycan şəhər, Qəsəbə, Kənd   Bələdiyyələrinin Milli Assosiasiyaları bununla bağlı bələdiyyələrə tovsiyyə məktubda göndərib.

Məktubda qeyd edilir ki, həftə ərzində “Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq və qarşılıqlı fəaliyyət” adı altında aşağıdakı tədbirlər həyata keçirilməlidir:

-       seçicilərin tapşırıqlarının yerinə yetirilməsi, vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşların bələdiyyənin fəaliyyətində iştirakının təmin edilməsi, onların müraciətlərinə baxılması, 2014-cü ildə görülmüş işlər, o cümlədən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatların verilməsi, 2015-ci ilin bələdiyyə büdcəsinin və həyata keçirilməsi nəzərdə tutulmuş layihələrin müzakirəsi üçün vətəndaşlarla açıq və qapalı yerlərdə görüşlərin keçirilməsi;

-       bələdiyyədə “açıq qapı” günlərinin elan edilməsi və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulunun təşkili;

-       vətəndaşlarla operativ əlaqələrin təmin edilməsi məqsədilə “qaynar xətt” telefon nömrəsinin elan edilməsi, “qaynar xətt” vasitəsi ilə qaldırılan məsələlərin qeydə alınması və cavablandırılması;

-       əhalinin sıx toplaşdığı yerlərdə “bələdiyyə poçt qutuları”nın quraşdırılması;

-       küçələrdə və bələdiyyənin yerləşdiyi binada “Yerli demokratiya həftəsində fəal iştirak edək”, “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək”, “Vətəndaşların yerli özünüidarəetmədə iştirakını təmin edək” şüarları yazılmış plakat və transparantların asılması;

-       bələdiyyə tərəfindən məqsədəuyğun hesab edilən digər tədbirlərin həyata keçirilməsi;

-       həftə ərzində keçirilən tədbirlərin yerli KiV-lərdə işıqlandırılması;

-       həftənin yekunları, keçirilmiş tədbirlər barədə əlavə olunan forma üzrə məlumatların 3 gün müddətində Azərbaycan şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarına təqdim edilməsi.               

 Belediyye.info

 

ŞƏRHLƏR