Azərbaycanda yerli özünü idarəetmə instutu olan Bələdiyyələrin yaranma tarixini və yerli özünü idarəetmə ənənələrini araşdıranların əkəriyyəti Azərbaycan bələdiyyələrin yaranma tarixini yanlış olaraq Azərbaycan Respublikasında 12-dekabr 1999-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərinin keçirildiyi tarixə aid edir və bələdiyyələrimizin yaşını bu tarixdən hesablayırlar. Düzdür Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilimişdir. Halbuki Azərbaycanda yerli özünü idarəetmə ənənələri və bələdiyyələrin yaranma tarixi heçdə 12-dekabr 1999-cu ildən başlamır, Azərbaycanda bələdiyyəçilik tarixi daha qədim tarixə və ənənlərə malikdir. Tarixə nəzər yetirilərsə Azərbaycanda ilk yerli özünü idarəetmə sistemi hələ Azərbaycanın Çar Rusiyasının tərkibində olduğu dövürdə formalaşdığının şahidi olarıq. Çar Rusiyasında şəhərlərin sürətlə böyüməsi, əhalinin sayının artması və sənayenin inkişafı imperiya daxilində idarəetmə sistemi sahəsində müəyyən islahatların aparılması zərurətini yaradırdı.
Bu islahatları aparmaq məqsədiylə Çar Rusiyası tərəfindən imperiyada şəhərlərin idarə edilmə qaydaları haqqında 1870-ci 16 iyun tarixli qərar qəbul edildi. Həmin qərara əsasn Rusiyanın bütün iri şəhərlərində bələdiyyə idarələrinin təşkil olunması və duma seçkilərinə başlanılması nəzərdə tutulurdu. Çarın fərmanından sonra Qafqaz canişini tərəfindən Qafqaz və Zaqafqaziya ölkələrində şəhər əsasnaməsinin tətbiqinin mümkün olub-olmaması barədə qubernatorlara və vilayət rəislərinə rəylərini bildirmələri üçün sorğu göndərildi.
Verilmiş sorğuya cavab olaraq Bakı Qubernatoru Kolyubyak yerli əhalinin inkişaf səviyyəsinin kifayət qədər olmamasını əsas gətirməklə mövcud əsasnamənin Bakı quberniyasının şəhərlərində hələ bir müddət tətbiqinin mümkünsüz olduğunu bildirir. Güya imperiya tərkibində yaşayan qeyri rus millətləri hələ özlərini idarəetmək iqtidarında deyillər. Bu səbəbdən ilk öncə Rusiyanın daxili quberniyalarında həyata keçirilən bələdiyyə idarələrinin təşkili və dumaların yaradılması Azərbaycanda təxirə düşərək ancaq 8 ildən sonra yəni 1878-ci ildə həyata keçirilir. Qərara əsasən 1878-ci il Bakı şəhərində ilk dəfə olaraq yerli özünü idarəetmə orqanı olan Bakı şəhər dumasına seçkiləri keçirilir. Dumaya seçkilərdə hər kəs namizəd ola bilməzdi, seçkidə iştirak üçün bir sıra məhdudiyyətlər və ilkin şərtlər qoyulmuşdu.
əsasnaməyə görə Bakı şəhər Dumasında Azərbaycanlıların sayı üzvlərin ümumi sayının yarısından çoxunu təşkil etməməlidir. Daha sonra 1892-ci ildə qəbul edilmiş qanununda duma üzvlərinin 1/3-ni, 1900-cu ildə olan dəyişiklilərə görə isə duma üzvlərindən yarısını xristianlar təşkil etməlidir. şəhər əsasnaməsinin 20-ci maddəsinə görə bələdiyyə üzvlüyünə yalnız daşınmaz əmlakı olan və ya qiyməti 1500 manatdan az olmamaq şərti ilə, şəhər vergilərinin ödəyicisi olan. ticarət və ya sənaye müəssisələrinə malik olan, 25 yaşından yuxarı imtiyazlı silkə mənsub şəxslərin seçilmək hüququ təsbit edilmişdi. Bu səbəbdən Duma üzvlüyünə ilk başda iri neft sənayeçiləri, tacirlər, fabrik, gəmi sahibləri seçilirdilər. Qoyulmuş məhdudiyyətlərə əsasən 1877-ci il dekabrda keçirilmiş seçkilərdə Bakı şəhər dumasına seçilən duma üzvləri arasında yalnız Həsən bəy Zərdabi, müəllim Həbib bəy Mahmudbəyov, ə. M. Topçubaşov kimi barmaqla sayılacaq qədər az sayda ziyalılar yerli əhalini təmsil hüququ əldə etmişdilər. Bakı varlılarından isə H. Z. Tağıyev, şəmsi əsədullayev, ibrahim bəy Aşurbəyov, əliiskəndər Aşurov, isabəy Hacınski, Ağabala Quliyev, Musa Nağıyev, Nəcəfqulu Sadıqov və başqaları duma üzvü kimi seçilmişdilər. şəhər əsasnaməsinə görə qadınlar, yüksək inzibati vəzifə tutanlar və yerli polis məmurları yüksək əmlak senzinə malik olasalarda dumaya namizədliklərini irəli sürmək hüququndan məhrum idilər.
Keçirilmiş ilk seçkidə 72 duma üzvü seçilsədə daha sonra duma üzvlərinin sayı 75 nəfərə çıxarılır. Birinci duma seçkisində Bakı şəhər dumasına seçilmiş 72 nəfər nümayəndə heyətinin 36 nəfəri yerli müsəlaman əhalidən olmaqla qalanı, yəni qalan yarısı xristyan əhalidən seçilmişdi. Duma üzvlüyünə seçilmiş nümayəndələr 4 illik müddətə seçilir və qlasnı adlanırdı.
Bakı şəhər duması müasir Azərbaycan bələdiyyə sistemi kim kollegial orqan olaraq formalaşmışdı. Məsələn Bakı şəhər duması seçilmiş qlasnılardan ibarət nümayəndəli kollegial orqan sayılırdı və Bakı bələdiyyə idarəsinin sərəncam verici orqanı idi. Dumaya şəhər bələdiyyə idarəsinin sədri rəhbərlik edirdi və əsasnaməyə əsasən duma sədri ancaq rus milliyətindən seçilirdi. Dumanın birinci iclası 1878-ci il yanvarın 14-də Bakı şəhər başçısı Cakelinin sədarəti altında keçirilmiş və 1878-ci ildən 1879-cu ilə qədər bələdiyyə sədri kimi fəaliyyət göstərmiş iosif Dzakkerli ilk bələdiyyə sədri seçilmişdir. Duma iclaslarında qərarların qəbul edilməsi əsanamənin 66-cı maddəsinə əsasən sadə səs çoxluğu prinsipinə uyğun həyata keçirilirdi, dumada iclaslar və bütün işlər rus dilində aparılırdı.
Bakı şəhər Dumasının səlahiyyətləri sırf şəhərin təsərrüfat məsələləri, abadlaşdırma, ticarət, şəhər vergilərinin təyin edilməsi, yığılması, xərclənməsi, yanğına qarşı ehtiyat tədbirləri görülməsi və sair məsələrlə məhdudlaşmışdı. şəhər bələdiyyə orqanları tam müstəqil sayılmırdı. Çünki bələdiyyə idarəsinin orqanları qubernator və daxili işlər nazirinin nəzarəti altında fəaliyyət göstərirdi. Bələdiyyə idarələri yerli özünü idarəetmə orqanını təmsil etsələrdə reallıqda bu idarələr, hökumətin yerli təsərrüfat məsələlərinə baxan yardımçı orqanları kimi fəaliyyət gəstərirdilər. Hətta şəhər əsasnaməsində dumaya seçilmiş şəxslər təsdiq edilmədiyi təqdirdə boş qalmış yerlərə qubernator və ya daxili işlər nazirinin təyin etdiyi adamların tuta bilməsi öz əksini tapmışdı.
Bakı şəhər özünü idarə orqanlarının vəzifəsi yerli təsərüfat məsələlərinin həlli ilə məhdudlaşsa belə, hətta yerli təsərrrüfat məsələrində tam söz sahibi deyildi.Bakı şəhər bələdiyyəsi yığılan vergiləri öz bildikləri istiqamətlərə sərf etmək və vəsaitlərini hansı sahələrə xərcləmək məsələsini qubernator və onun yanındakı quberniya idarəsinin nəzarəti ilə müəyyənləşdirirdi. şəhər bələdiyyə idarəsinin qərarlarını həyata keçirmək gücü polisin səlahiyyətində olduğu üçün şəhər təsərüfatına aid qərarlar polis idarəsi ilə razılaşdırılmadan tətbiq edilə bilməzdi. Bunuda qeyd etmək lazımdır ki, Bakı şəhər Duması Rus imperiyasının ən varlı idarələrindən biri hesab olunurdu. Yarandığı ilk illərdə Bakı şəhər duması yeni bina tikilənə qədər Nikolayevski küçəsində zərgər Aşumovun evini kirayə edərək bu evdə fəaliyyət göstərmişdir (şəkil 1).
Polyak memar iosif Qoslavskinin layihəsi əsasında 18 may 1900-cü ildə şəhərin şəxsi xidmətləri üçün inzibati təyinatlı yeni şəhər duma binasının təntənəli təməl qoyma mərasimi həyata keçirilsədə binanın tikilişi xeyli yubanır, iosif Qoslavskinin xəstəliyi ilə əlaqədar olaraq tikinti işləri mühəndis Kazimir Brunoviç Skureviçə həvalə edilir və nəhayət 27 sentyabr 1912-ci ildə tamamlanaraq bina təhvil verilir (şəkil 2).
Bakı şəhərindən sonra 1892-ci ildə qəbul edilmiş yeni şəhər əsasnaməsi ilə Gəncə şəhərində tam səlahiyyətli şamaxı, Quba, Lənkaran, şəki kimi şəhərlərdə məhdud səlahiyyətlərə malik yerli özünü idarəetmə orqanları fəaliyyətə başlayır.
Azərbaycanda bələdiyyələrin fəaliyyəti təkcə Çar Rusiyası dövrü ilə məhdudlaşmır. 1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş kütləvi türk-müsəlman soyqırımlarından sonra hakimiyyəti ələ almış bolşeviklər şəhər dumasını buraxır. 1918-ci il aprelin 10-da Bakı və onun rayonlarınm inqilabi Müdafiə Komitəsinin dekreti ilə Bakı şəhər duması ləğv olunaraq funksiyaları xüsusi şəhər təsərrüfatı şöbəsinə verilir. Bolşeviklər zamanında ləğv edilmiş Bakı şəhər bələdiyyə idarəsi Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti bərqərar olan kimi yenidən bərpa edildi və Azərbaycan Xalq Cümhuriyyətinin dövründə bələdiyyələr daha müstəqil fəaliyyət göstəməyə başladılar.
Bələdiyyə idarələrinin yenidən fəaliyyətə başlamasının hüquqi təminatı olaraq 1918-ci il iyulun 30-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti şəhər özünü idarələrinin fəaliyyətinin bərpa olunması haqqında qərar qəbul etdi. Qəbul edilmiş qərar əsasında sentyabrın 18-də Bakı şəhər özünü idarəsi Rusiya Müvəqqəti hökumətinin 1917-ci il 9 iyun tarixli qanunu əsasında seçilmiş tərkibdə bərpa edilir. Həmçini Milli Hökümət tərəfindən şəhər dumasına tərkibini öz mülahizəsinə görə artırıb 80 nəfərə çatdırmaq, həmçinin, şəhər idarəsi işçilərinin sayını artırmaq hüququ verildi.
şəhər özünüidarəsinin fəaliyyəti bərpa edilərkən Ermənilərin törətdiyi soyqırım və bolşeviklərin hakimiyyəti dövründə qaçıb dağıldığı üçün deputatların xeyli hissəsi olmadığından Hökumətin icazəsi ilə dumanın özünün daxil etdiyi şəxslər hesabına Bakı şəhər dumasının tərkibi yenidən formalaşırılır. Hökümət tərəfindən 1918-ci il sentyabrın 22-də şəhər özünü idarəsi deputatlarının Bakı şəhər ictimai Özünüidarəsi tərəfindən təqdim olunmuş siyahısını təsdiq edilir. Bakı şəhər bələdiyyə başçısının rəhbərlik etdiyi bələdiyyə idarəsi təsərrüfat, tikinti, maliyyə, torpaq, məktəb, tibb-sanitariya, su kəməri olaraq 7 şöbədən təşkil edilmişdir. Bakı bələdiyyə idarə Cümhuriyyətin süqutundan sonra bolşeviklər tərəfindən yenidən ləğv edilir.
Fərman Salmanlı
Abşeron rayon, Hökməli bələdiyyəsinin sədr müavini
Hüquqşunas,