"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanda yerli özünüidarənin inkişaf mərhələləri

--2015-05-16 / 20:18

Azərbaycan ərazisində mövcud olmuş dövlətlərdə yerli özü­nüidarə sistemi müxtəlif səviyyədə fəaliyyət göstərmişdir. Hətta ən qatı mütləq monarxiya zamanlarında da özü­nüidarənin müəyyən elementləri təzahür etmişdir. 
Azərbaycanda qədim dövrlərdən başlayaraq XIX əsrin sonlarına qədər yerli özü­nüidarəetmənin təşkilində şərq ənənələrinə (vahid hakimiyyətə) üstünlük verilmişdir.
Azərbaycan ərazisində özü­nüidarəçilik sistemi əsasən şəhərlərdə mövcud olmuşdur. Məsələn, Arşaqilər dövründə özü­nüidarə sistemi mövcud olan alban şəhərlərini qeyd etmək olar. ərəb xilafəti zamanı Dərbənd azad şəhər statusuna malik olmuş, şəhər nizamnamə əsasında idarə edilmiş, hərbi təhlü­kəsizliyi təmin edən hərbi hissələr xəzinədən əməkhaqqı almamış, yerli ehtiyatlar hesabına saxlanmışlar.
O dövrlərdə milli şərait özü­nü­təşəkkü­lün spesifik formasını - icmaları yaratmışdı. icmaların ali orqanları icma yığıncaqları olmuşdur. icma yıgıncaqlarının səlahiyyətlərinə torpaqların bö­lünməsi, kənd ağsaqqallarının seçilməsi, ümumi icma xərcləri üçün vəsait toplanması, qarşılıqlı yardım təşkil etmək, az təhlü­kəli cinayətlərə baxmaq, mülki və ailə mü­nasibətlərini tənzimləmək, icma vergiləri yığmaq, icma ərazisində abadlıq işləri görmək və s. daxil idi.
Özü­nüidarə sistemi sonrakı dövrlərdə, eləcə də Səfəvilər dövründə də mövcud olmuşdur. Bəzən mərkəzi hakimiyyət şəhər özü­nüidarəsini saxlamaq məcburiyyətində qalmışdır. 
şəhərlərin tayfa əyanlarından tam asılılığı şəraitində Qərbi Avropanın inkişaf etmiş feodalizm dövrü şəhərlərinə xas olan özü­nüidarə sistemi burada təşəkkül tapa bilməmişdir. Lakin qeyd etmək lazımdır ki, XVI əsrdə Azərbaycanın bəzi şəhərlərində özü­nüidarə elementləri mövcud olmuşdur. Məsələn, Təbrizdə yerli şəhər əyanları, şiə ruhaniləri və hətta sənətkar təşkilatlarının yuxarı təbəqəsindən olan şəxslər nəzərə çarpacaq nü­fuza malik olmuşlar. 1571-1573-cü illərin Təbriz üsyanı sü­but etdi ki, şəhərlər bəzən əyanların ağır zülmü­nə qarşı mü­barizə apara bilirdilər. Tayfa əmirlərinin ixtiyarına verilməmiş Ordubad şəhərində də özü­nüidarə elementləri gö­zə çarpırdı.
Azərbaycanın xanlıqlar dövründə özü­nüidarə elementləri bu və ya digər formada yenə də şəhərlər üçün xarakterik olmuşdur. şəhər idarəçiliyi qarışıq sistemə malik idi. Bir tərəfdən xanı təmsil edən ağsaqqal – şəhər bəyi və digər bü­rokratlar idarəçiliyi həyata keçirirdilərsə, digər tərəfdən, ustabaşıların rəhbərlik etdiyi şəhər sənətkar (əsnaf) təşkilatlarının da iştirakı diqqəti cəlb edirdi. Lakin ustabaşıların nü­fuz dairələri öz təşkilatları çərçivəsində məhdudlaşırdı. Onlar yalnız sənətkarların inzibati, maliyyə, mülki məhkəmə məsələlərinə baxırdılar.
Azərbaycanda şəhər özü­nüidarəsinin yeni mərhələsi kimi XIX əsrin II yarısı qeyd edilməlidir. Azərbaycanı işğal altına alan Rusiya şəhərlərdə məcburən müəyyən islahatlar keçirir. şəhər islahatının 1864-cü ildə tərtib olunmuş ilkin layihəsi çar dövlət aparatının müxtəlif bü­rokratik məhkəmələrindəki çoxsaylı mü­zakirələrin nəticəsində mü­hüm dəyişikliklərə məruz qalmışdır. şəhər əsasnaməsi 1872-ci il iyunun 16-da təsdiq olundu. əvvəlcə o, ancaq Rusiyanın daxili quberniyalarında tətbiq edildi. Cənubi Qafqazın digər rayonlarında olduğu kimi, Azərbaycanda da bir çox şəhərlər xeyli bö­yü­məsinə, əhalisinin sayının artmasına baxmayaraq, polis idarələrinin ixtiyarında qalmaqda davam edirdi. O dövrə kimi “yerli əhalinin kifayət qədər inkişaf etmədiyini” bəhanə gətirərək şəhərlərin idarəsini polisin əlində saxlamaq, şəhər dumalarını isə polisin yanında məşvərətçi orqan kimi yaratmaq təklif edilirdi.
şəhər özü­nüidarə orqanları həddən artıq məhdud səlahiyyətə malik idi. Bu səlahiyyət şəhər vergi və rü­sumlarını qoymaq, bazarları aç­maq, şəhərin sanitariya vəziyyətini təmin etmək, yanğınlarla mü­barizə və s. səlahiyyətlərdən kənara çıxmırdı.
şəhər islahatını keçirmək zərurəti qarşısında qalan çar hö­kuməti şəhər özü­nüidarə orqanlarını real hakimiyyətdən məhrum etmək üçün təkcə şəhər özü­nüidarə orqanlarının səlahiyyətlərini məhdudlaşdırmaq və onların üzərində inzibati nəzarət qoymaqla deyil, həm də “əlverişli” tərkibi təmin edən seç­ki sisteminin tətbiqi ilə də əldə olunurdu. Həmin sistem fəhlələri də seç­kilərdən kənarda saxlayırdı.
Seç­kilərdə iştirak etmək hü­ququ ancaq müəyyən əmlak senzinə malik olanlara və şəhər vergilərini ödəyənlərə, yəni ev sahiblərinə, tacirlərə, fabrik və zavod sahiblərinə verilirdi. Xü­susi şəxslərdən başqa vergiləri ödəyən idarələr, müəssisələr, cəmiyyətlər, şirkətlər, monastırlar, kilsələr də seç­ki hü­ququndan istifadə edirdilər.
şəhər dumasının icraedici orqanı şəhər qlavası (bələdiyyə idarəsinin başçısı) və onun başçılıq etdiyi bələdiyyə idarəsi idi. Onların seç­kisi ikiqat səsvermə yolu ilə keçirilirdi. Birinci səsvermə zamanı namizədlərin irəli sü­rülməsi, ikinci səsvermə isə konkret şəxslərin seçilməsi məqsədini gü­dürdü. Bələdiyyə idarəsinin tərkibi qubernator tərəfindən təsdiq olunmalı idi. Seçilmiş şəxslər təsdiq edilmədiyi təqdirdə boş vəzifələri qubernator və ya daxili işlər nazirinin təyin etdiyi adamlar tuturdular.
Bü­tün nöqsanlarına baxmayaraq, 1870-ci il şəhər əsasnaməsi hər halda mü­tərəqqi addım idi. Lakin 1870-ci il şəhər əsasnaməsi əsasında tətbiq olunan, hətta məhdud və yarımçıq şəhər özü­nüidarəsi belə burjuaziyanın özü­nün toxunulmaz hü­quqlarına qarışması ilə barışmaq istəməyən zadəganları qıcıqlandırırdı. 1892-ci ildə III Aleksandr şəhər özü­nüidarə orqanlarının onsuz da məhdud olan hü­quqlarını daha da məhdudlaşdıran və şəhərlərin bu idarədə iştirakını xeyli ixtisara salan yeni şəhər əsasnaməsini təsdiq edir.
1892-ci il şəhər əsasnaməsinə gö­rə, qubernatorun şəhərin vəzifəli şəxslərini işdən azad etmək də daxil olmaqla, inzibati məsuliyyətə cəlb etməyə qədər bü­tün şəhər özü­nüidarə işlərinə qarışmaq hü­ququ genişləndirildi. şəhər dumasının, hətta şəhər idarəsinin icra orqanları üçün göstərişləri, şəhər əmlakının idarə olunması qaydaları və s. sənədlər belə ancaq qubernator təsdiq etdikdən sonra qüvvəyə minə bilərdi.
Yeni şəhər əsasnaməsi quberniya və iri qəza şəhərlərində tətbiq edilən ictimai idarələrlə yanaşı, kiçik şəhərlərdə sadələşdirilmiş şəhər idarəsinin təşkilini nəzərdə tuturdu. Belə şəhərlərdə şəhər dumasının əvəzinə 12-15 nəfərlik şəhər mü­vəkkilləri təsis olunurdu. şəhər rəisi başda olmaqla şəhər bələdiyyə idarəsinin əvəzinə icra orqanı – özü­nüidarəsi bir və ya iki kö­məkçisi olan şəhər starostası idi. Sadələşdirilmiş şəhər ictimai idarəsinin orqanları şəhər dumalarına nisbətən daha məhdud hü­quqlara malik idilər.
Gəncədə tam həcmli şəhər özü­nüidarəsi və Lənkəran, Nuxa, şamaxı, Quba, habelə Azərbaycanın digər bəzi qəza şəhərlərində sadələşdirilmiş ictimai idarələr ancaq 1897-ci ildə tətbiq olundu. Lakin bundan sonra da şəhər idarəsi qəza polis idarələrinin əlində qalmaqda davam edirdi.
Həddən artıq yüksək əmlak senzi və 1892-ci il şəhər əsasnaməsi tərəfindən seç­ki hü­ququna qoyulan digər məhdudiyyətlər üzündən seçicilərin sayı kəskin surətdə ixtisara düşdü.
1892-ci il şəhər əsasnaməsi özü­nüidarə orqanlarının təşkili və fəaliyyətində milli qeyri-bərabərliyi daha da gücləndirdi. Məsələn, Bakı dumasında qeyri-xristian (əsasən azərbaycanlı) qlasnıların sayı qlasnıların ümumi sayının üçdə birinə qədər azaldıldı.
Yüksək əmlak senzi və seç­ki sisteminin digər məhdudiyyətləri, habelə seç­kilərdə yol verilən qanunsuzluqlar üzündən özü­nüidarə orqanlarına əsasən iri ev sahibləri, sənayeçilər və tacirlər daxil olurdu.
Özü­nüidarə orqanları iri kapitalist mənafelərini qorumaqla yanaşı, tətillərin yatırılması üçün istifadə olunan polisin və qoşunun saxlanılmasına küllü miqdarda vəsait xərcləyirdi. 90-cı illərin sonunda Gəncədə polisin saxlanılmasına çəkilən illik xərclər 100 min manata bərabər idi. Lənkəranda gəlirlərin üçdə birindən çoxu polisin saxlanılmasına və qoşunların məskunlaşdığı mənzillərə xərclənirdi. Bununla bərabər, abadlıq, təhsil, səhiyyə və mənzil tikintisinə buraxılan vəsait çox az miqdarda idi.
Bakı şəhər özü­nüidarəsinin səlahiyyəti Bakı sənaye kompleksinin xeyli hissəsinə - mədən, zavod rayonlarına şamil edilmirdi. Bu rayonların və şəhərin özü­nün demokratik ictimaiyyətinin təkidli tələblərinə baxmayaraq, çar hakimiyyət orqanları və sənayeçilər mədən rayonlarını şəhərin hü­dudlarına daxil etməkdən hər vasitə ilə imtina edirdilər. Onlar neft sənayesi işçilərinin şəhər işlərinə təsirindən qorxurdular. Özü də neft sənayeçiləri - kapitalistlər mədən rayonlarına öz malikanələri kimi baxaraq, onu ayrıca inzibati vahid kimi ayırmaq istəyirdilər.
şəhər əsasnamələrinin bü­tün çatışmazlıqlarına, onun müəlliflərinin mürtəce-müstəmləkəçi ruhuna və məqsədlərinə baxmayaraq, bu islahata mü­vafiq olaraq yaradılmış şəhər özü­nüidarə orqanları abadlaşdırma, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrin inkişafında müəyyən müsbət rol oynamışdır. 
Azərbaycanda özü­nəməxsus yerli özü­nüidarə xalq hakimiyyətinə malik ərazilərdə olmuşdur. Bu özü­nəməxsusluq Rusiyanın işğal rejimindən sonra da qalmışdı. Məsələn, 1852-ci ildən hərbi idarə üsulu tətbiq edilən Car-Balakən dairəsinin idarə edilməsinin yenə də əvvəlki kimi bir sıra özü­nəməxsus xü­susiyyətləri var idi. Qafqazda hərbi əməliyyatların başa çatması ilə Car-Balakən dairəsində hərbi idarə “hərbi-xalq” idarə üsulu ilə əvəz edildi. O, Cənubi Qafqaz quberniyalarında qəbul edilmiş mülki idarə üsulundan fərqlənirdi. Burada quberniya idarəsinə bənzər kollegial təsisatlar yox idi. Onların funksiyalarını xeyli dərəcədə canişin dəftərxanaları yerinə yetirirdilər.
şimali Azərbaycanda kənd idarəsi kəndlilərin tabeliyini daha da möhkəmləndirməli, onu polis-mütləqiyyət dövlətindən hərtərəfli asılı vəziyyətə salmalı idi. 1866-cı il avqustun 23-də təsdiq edilmiş “Bakı quberniyasında kənd cəmiyyətləri, onların ictimai idarəsi, dövlət və ictimai mü­kəlləfiyyətlər haqqında əsasnamə” bu məqsədə xidmət edirdi. Sonuncu əsasnamə 1870-ci ilin aprelində Yelizavetpol quberniyasına da şamil edilirdi. 
Bakı quberniyasında cəmi 423, Yelizavetpol quberniyasında isə 325 kənd icması yaradılır. Kənd icmalarının orqanları kənd yığıncaqları və kətxudalar idilər. Kənd yığıncaqlarında yalnız ciddi şəkildə məhdudlaşdırılmış məsələlərə: kənddə vəzifəli şəxslərin seçilməsi, hökm çıxarılması, “ziyankar və pozğun üzvlər”in kənd icmalarından uzaqlaşdırılması, qəyyum və himayədarların təyin edilməsi və s. məsələlərə baxıla bilərdi.
Kənd inzibati orqanlarının seç­kili olmasını tətbiq edən hö­kumət kətxudaların qubernator tərəfindən təsdiq edilməsi tələbini irəli sürürdü. Kətxudaya polis hü­quqları verilirdi.
Hö­kumət orqanları kənd icmalarında siyasi “sakitliyin” bərqərar olması üçün bö­yük canfəşanlıq göstərir, azacıq şübhələndikdə onları kətxuda seç­mək hü­ququndan məhrum edirdi. Yalnız 1870-ci ildən 1888-ci ilə qədər təkcə Bakı quberniyasının 65 icması kətxuda seç­mək hü­ququndan məhrum olunmuşdu. 1877-ci il Zaqatala dairəsində güclənməkdə olan kəndli çıxışları ilə əlaqədar bü­tün kənd icmalarında kətxudaların və onların kö­məkçilərinin seçilməsi ləğv edilmiş və burada kənd icmalarının məmurları XIX yü­zilliyin sonuna qədər dairə rəisi tərəfindən təyin olunurdu.
Kənd icmalarının idarə olunması haqqında əsasnamələr kəndliləri bəylərin məhkəmə və polis özbaşınalığından xilas etdiyindən və kənddə vəzifəli şəxslərin seçkili olmasını təmin etdiyindən müəyyən obyektiv, mütərəqqi əhəmiyyətə malik idi. Lakin bu əsasnamələrdən sonra da bəylər kənd hakimiyyəti orqanlarına təsir göstərə bilərdilər. Lakin onlar, təbii ki, kəndlilər üzərində əvvəlki hökmranlıqlarını itirmişdilər.
Seç­ki sistemini həyata keçirən “əsasnamə” çar müstəmləkəçilərinin iradəsindən asılı olmayaraq kəndlilərin şüurunu müəyyən dərəcədə fəallaşdırırdı, onların çoxəsrlik ətalətdən xilas olmasına, feodalların hakimiyyətinin “əbədiliyinə” olan inamlarının sarsılmasına yardım edirdi.
Azərbaycanın Rusiyanın işğalı altında olduğu dövrdə özü­nüidarə sistemində yerli əhaliyə qarşı ciddi ayrı-seç­kilik də özü­nü bü­ruzə verirdi. Hələ 1892-ci ildə tətbiq edilmiş “şəhər əsasnaməsi” şəhər idarə orqanlarına qubernator nəzarətini xeyli gücləndirmiş, şirkət və idarələrin, birinci və ikinci dərəcə ticarət-sənaye gildiya sahiblərinin seç­ki hü­ququnu saxlamışdı.
“şəhər əsasnaməsi”nin 44-cü maddəsinə əsasən mü­səlmanların özü­nüidarə orqanlarında iştirakı məhdudlaşdırılırdı. Azərbaycanda mü­səlmanların hü­ququnu məhdudlaşdıran hö­kumət tədbirləri Bakı şəhər özü­nüidarəsində daha kəskin idi. Məsələn, 1902-1905-ci illərdə Bakı şəhər dumasına seçilmiş qlasnılardan cəmi 23 nəfəri – yarıdan azı azərbaycanlı idi. Yalnız 1905-1907-ci illər inqilabi hadisələri dövründə ictimaiyyətin təzyiqi nəticəsində Qafqaz canişini gü­zəştə getməli oldu və 1907-1911-ci illərdəki seç­kilər zamanı qlasnıların 45 nəfəri (bü­tün deputatların 57,7%-i) azərbaycanlı oldu. Onların 33%-ni alimlər, mü­həndislər, həkimlər, hü­quqşü­naslar, jurnalistlər və müəllimlərdən ibarət milli ziyalılar təşkil edirdi.
şəhər özü­nüidarəsinin əsası qoyulduqdan 1911-1915-ci illər seç­kisinə qədər H. Z. Tağıyev onun ən fəal nü­mayəndələrindən biri idi. Lakin azərbaycanlılar şəhər rəisi vəzifəsinə buraxılmırdılar. Yalnız Kamil bəy Səfərəliyev qısa müddətdə (1905 – 1907-ci illər ərzində) Bakı şəhər başçısı vəzifəsini icra etmişdir.
Gəncə və şuşa şəhərlərində də ictimai özü­nüidarə (duma və idarə) mövcud idi. “şəhər əsasnaməsi” Gəncədə 1894-cü ildə tətbiq edilmişdi. 1917-ci ilə qədər Gəncə dumasında azərbaycanlı qlasnılar üstünlük təşkil etmişdir. Bakıdan fərqli olaraq Gəncə şəhər ictimai özü­nüidarəsinə əsasən azərbaycanlı ziyalı nümayəndələri başçılıq etmişlər. 1898-ci ildə şuşada özü­nüidarə yaradılmış, 1904-1907-ci illərdə Cavad bəy Səfərəlibəyov şəhər başçısı olmuşdu. 
“şəhər əsasnaməsi”nə gö­rə quberniya mərkəzlərindəki idarədən fərqli olaraq, vəsaiti az olan, ticarəti zəif inkişaf edən şəhərlərdə daha sadə özü­nüidarə sistemi tətbiq edilirdi, yəni 12-15 nəfərdən ibarət şəhər müvəkkilləri yığıncağı yaradılır, şəhərləri isə ya bir, ya da iki kö­məkçi ilə ağsaqqal idarə edirdi. Quba, şamaxı, Nuxa, Lənkəran, Naxçıvan, Ordubadda da bu idarə sistemi tətbiq edilmişdi və mü­vəkkillərin əksəriyyəti azərbaycanlı idi.
Azərbaycanda qeyd etdiyimiz hakimiyyətin uzunmüddətli tarixi belə qənaət üçün əsas verir ki, xalqımızın özünü idarəçilik ənənələri kifayət qədər zəngin irslə bağlıdır. Müasir dövrün yerli idarəçilik sisteminin formalaşmasında xarici təcrü­bənin öyrənilməsi nə qədər əhəmiyyətlidirsə, xalqımızın özü­nüidarə ənənələrinin tədqiqi də bir o qədər əhəmiyyətlidir. 
Mehdi Səlimzadə
ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri

http://jurnal.meclis.gov.az/news.php?id=419

ŞƏRHLƏR