"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanın bələdiyyə təmsilçiləri Gürcüstandan qayıdıblar

--2018-06-30 / 19:34

Almaniya iqtisadi əməkdaşlıq və inkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən Yaxşı Yerli Özünüidarəetməyə Dəstək Proqramı çərçivəsində Gürcüstan Respublikasının Kaxetiya vilayətinin Lapota şəhərində “Yerli səviyyədə gendərə həssas büdcənin hazırlanmsı” mövzusunda Regional Konfrans keçirilib.

Azərbaycan, Gürcüstan və Ermənistan QHT və bələdiyyə təmsilçilərinin iştrak etdiyi ikigünlük konfransın məqsədi yerli özünüidarəetmə orqanlarında – gender bərabərliyinin inkişaf etdirmək üçün büdcədən necə istifadə ediləcəyini araşdrımaq, büdcə proseslərinin və qərarlarının qadın və kişilərin həyatına necə müxtəlif təsir gostərəcəyini anlatmaq, habelə üç ölkə təcrübə paylaşımı etmək ibarət olub.

Konfransda bələdiyyə üzvü olan qadınların yerli büdcə müzakirələrində iştirakının gücləndirilməsi üçün instutisional mexanizmlərin-strategiyaların müzakirəsi və mübadiləsi imkanı yaratmışdir.

Həmçinin konfransda beynəlxalq təcrübəyə əsaslanaraq qadın bələdiyyə liderlərinin qarşılaşdığı spesifik problemlər və yerli siyasətdə onların liderlik potensialının gücləndirilməsi üçün müxtəlif strategiyalar konfrans iştirakçıları tərəfindən işçi qruplarında geniş müzakirə aparılmışdır.

Müzakirələrdə Cənubi Qafqazdan olan bələdiyyə və qeyri hökümət təşkilatlarının nümayəndələri yaxında iştirak ediblər.

Həmçinin üç ölkənin ekspertlərinin mövzuyla əlaqəli geniş məruzələri dinlənilmişdir.

iki gün davam edən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri Ruhəngiz Hüseynova (QHT) və bələdiyyə üzvləri Nərminə Hacıyeva (Xətai bələdiyyəsi), Günay Nəbiyeva (Kəpəz bələdiyyəsi), iradə Həsənova (Nəsimi bələdiyyəsi), iradə Rzayeva (Astara rayinu ərçivan bələdiyyəsi), Samirə Həsənova (Biləcəri bələdiyyəsi ), Ruhiyyə əkbərova (Tovuz bələdiyyəsi) və GiZ-in proqram üzrə məsul eksperti Fidan Qasımova iştirak edib.

Belediyye.info

ŞƏRHLƏR