"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanın bələdiyyə üzvləri Strasburqa yola düşüblər

--2018-03-28 / 14:13

Fransanın Strasburq şəərində Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Yerli və regional səviyyələrdə insan hüquqlarına əsaslanan idarəçilik” mövzusunda 34-cü plenar sessiyasına start verilib.

Bu barədə Belediyye.infoya məlumatı Azərbaycanın Yerli və Regional Hakimiyyətlər Orqanlarını təmsil edən Milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat verib.

Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin inzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Aqşin Məmmədzadə və həmin sektorun baş məsləhətçisi ismayıl Cəfərov da təmsil olunur.

Nümayəndə heyətinin tərkibinə həmçinin şəki Bələdiyyəsinin sədr müavini Gülnaz Salamova və Nərimanov Bələdiyyəsinin komissiya sədri Samirə Hüseynova da daxildir.

Üç gün davam edəcək sessiyada diskussiyalar aparılır, məsələlər bütün Avropa ölkələrinin əhalisinin əksəriyyətinə aiddir. Dayanıqlı inkişaf, miqrasiya, mədəniyyət və təhsil, şəhərlərdə sosial mütəşəkkillik, yerli hakimiyyət orqanlarının maliyyə təminatı problemlərinə xüsusi diqqət yetirilir. Bir sıra məsələlər, o cümlədən Latviyada yerli demokratiyanın vəziyyəti, Gürcüstanda baş tutmuş yerli hakimiyyətlər orqanlarına seçkilər haqqında hesabatlar dinlənəcək. Həmçinin “Etnik dovlətlərin regional identikliyi” və “Regional referendum demokratik alət kimi” mövzusunda məsələlər üzrə debatlar təşkil olunacaq. Konqresin gedişatında Azərbaycan, Ukrayna, Belarusiya, Gürcüstan, Moldova, Ermənistan ölkələri üçün “Yaxşı idarəetmə üçün Tərəfdaşlıq” Avropa ittifaqı və Avropa şurasının birgə proqramına həsr olunan stendin nümayişi keçirilir. Burada “Yerli idarəçilik üzrə institusional strukturların gücləndirilməsi” (2015-2017) tematik proqramının nəticələri olan “şəffaflıq və vətəndaşların iştirakı məsələlərinə dair vəsait”, “Dəyişikliklər üzrə idarəetmə təlimatı” kimi publikasiyaları təqdim olunacaq. Həmçinin Konqresın gedişatında “Rusiya şəhərlər ittifaqı” ictimai təşkilatının 25 illiyinə həsr olunan təqdimat meydançası açılıb. Qeyd edək ki, 34-cü Plenar sessiyada Konqresin təşəbbüsü ilə gənclərin siyasətdə iştirakına dəstək olaraq Avropa şurasının 42 üzv ölkəsindən 42 gənc nümayəndə Konqress üzvləri ilə yanaşı oturublar.

 Belediyye.nfo

ŞƏRHLƏR