Azərbaycanın bələdiyyə üzvlərinin də qatıldığı nümyəndə heyəti Strasburqda Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri 36-cı sessiyasında iştirak edir. Bu barədə Azərbaycan şəhər, Qəsəbə və Kənd bələdiyyələri Milli Assosiasiyalarının icra katibliyindən məlumat daxil olub.
Bu il sessiyanın əsas mövzusu "Demokratiyanı dəstəkləyən merlər" olacaq. Bu mövzuya həsr ediləcək müzakirələrdə digər iştirakçılarla bərabər ispaniya dövlətinin ərazi Siyasətinin dövlət katibi iqnasio Sançes Amor iştirak edəcək.
Aprelin 3-ü Nazirlər Komitəsində Konqres üzvləri qarşısında Finlandiya sədrliyi adından Finlyandiyanın Nəqliyyat və Rabitə naziri Ann Berner, həmçinin Avropa şurasının Baş katibi Turbyorn Yaqland, aprelin 4-ü isə Parlament Assambleyasının prezidenti Lilyan Mori Paskye çıxış edəcəklər.
Konqres üzvləri, yerli və regional hakimiyyət orqanları və onların seçilmiş nümayəndələrinin üzləşdiyi çətinlikləri nəzərə alaraq, "Təzyiq altında olan merlər" mövzusunda bir sıra müzakirələr aparacaq. Bundan əlavə, ayrı-ayrı diskussiyaların mərkəzində şəhər və kənd yerləri arasında göstəricilərin kəskin fərqliliyi, həmçinin öz vəzifələrini yerinə yetirməkdə olan yerli və regional seçilmiş nümayəndələrin maliyyə mükafatlarından bəhs ediləcək məsələlər olacaq. Konqres üzvləri, Konqresin dövlət qulluğunda etikanın təşviq edilməsinə yönəlmiş səylərinə əsasən, yerli və regional hakimiyyətdə nepotizmlə mübarizə, informatorların müdafiəsi haqqında və regional səviyyədə açıq hökumətlər haqqında müzakirələr aparacaqlar.
Konqresin işində Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan MR Ali Məclsinin üzvü Anar ibrahimov, üzvlər Naxçıvan MR Ali Məclsinin üzvü Yazgül Rzayeva, AşBMA-nın və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, AQBMA-nın və Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Nərimanov bələdiyyəsinin üzvü Samirə əliyeva, Naxçıvan MR Qıvraq bələdiyyəsinin üzvü Rauf əliyev və nümayəndə heyətinin katibi Rövşən Məmmədov da iştirak edir.
Bununla yanaşı konqresin işində Milli Məclsin inzibati ərazi ve bələdiyyə məsələləri uzrə qanunvericiik sektorunun mudiri Aqşin Məmmədzadə, sektorun baş məsləhətçisi ismayıl Cəfərov da iştirak edir.
Belediyye.info
|
|
|
|