"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanın bələdiyyə üzvləri Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak ediblər

--2021-07-15 / 13:15

Azərbaycanı təmsil edən bələdiyyə üzvləri Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak ediblər.

Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından AZəRTAC-a bildirilib ki, Türk Dünyası Bələdiyyələri Birliyi (TDBB) və BMT-nin inkişaf Proqramının (UNDP) Türkiyə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan bələdiyyə üzvlərinin məlumatlandırma və təcrübə mübadiləsi proqramı” təşkil edilib. istanbulda keçirilən tədbirlərdə Bakı şəhərinin Nərimanov, Yasamal, Nizami, Binəqədi, Səbail, Lökbatan, Hövsan, həmçinin Sumqayıt şəhər və Abşeron rayonunun Saray bələdiyyələrinin rəhbərliyini təmsil edən nümayəndələr iştirak ediblər.

əvvəlcə Türk Dünyası Bələdiyyələri Birliyinin Mərkəzi Qərargahında nümayəndələr üçün səfər proqramının təqdimatı olub. TDBB-nin baş katibi Fahri Solak çıxış edərək 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbə münasibətilə azərbaycanlı həmkarlarını təbrik edib. O, koronavirus (COVID-19) pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasından sonra ilk tədbirin məhz Azərbaycanın yerli özünüidarəetmə orqanları üçün təşkil edildiyini qeyd edib və təcrübə proqramı barədə məlumat verib.

Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Türk Dünyası Bələdiyyələri Birliyinin idarə heyətinin üzvü Təmraz Tağıyev hər iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, xüsusən də Azərbaycan Prezidenti ilham əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib ərdoğan tərəfindən bu ilin iyun ayında imzalanmış tarixi şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin əhəmiyyətini qeyd edib.

Səfərin ilk günündə BMT-nin inkişaf Proqramının nümayəndələri tərəfindən “Azərbaycanın infrastruktur və şəhərsalma layihələri və mümkün əməkdaşlıq”, “Yerli idarəetmələr üçün yenilikçi maliyyə vasitələri”, “şəhərlərin effektiv və səmərəli idarə olunması” mövzusunda təqdimatlar keçirilib.

Tədbir iştirakçıları istanbulun Esenler, Bağcılar, Ümraniyə və Pendik bələdiyyələrində təcrübə mübadiləsində iştirak ediblər. istanbul bələdiyyələrində təşkil edilən tanışlıq proqramına uyğun olaraq “Ağıllı şəhər tətbiqləri”, “Yerli idarəetmələr üçün yenilikçi maliyyə vasitələri”, “Bələdiyyə müəssisələri və faydalanma tətbiqləri”, “Tullantıların idarə edilməsi” və digər mövzular üzrə təqdimatlar keçirilib. Nümayəndələrimizi maraqlandıran suallara aydınlıq gətirilib.

istanbulun Bağcılar bələdiyyəsi tərəfindən Bakının Binəqədi rayonu ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması təşəbbüsü irəli sürülüb.

Sonda belə təcrübə mübadiləsi proqramlarının Türk Dünyası Bələdiyyələri Birliyinin xətti ilə davamlı olaraq təşkil ediləcəyi qeyd edilib.

https://azertag.az/xeber/1831491

ŞƏRHLƏR