"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanın bir qrup bələdiyyə sədri Litvada səfərdə olub

--2015-07-23 / 13:40

Litva Respublikası Bələdiyyələr ittifaqının və Litva Respublikasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup bələdiyyə sədri Litva Respublikasında səfərdə olub. Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Asosoisasiyalarından “Belediyye.info” daxil olan məlumata görə, iyulun 14- 18 aralığında kerçəkləşən səfərdə nümayəndə heyətininin tərkibinə Azərbaycan şəhər Bələdiyyələri Milli Asosiasiyasının sədri əbülfəz Babayev, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Asosoisasiyasının icra katibi Tofiq Həsənov, Bakı şəhəri Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanov, Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, Nizami bələdiyyəsinin sədri Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba Hüseynov, şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov və Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri Eldar əhmədov daxil olub.

Nümayəndə heyətinin Litva Bələdiyyyə ittifaqında, Mərkəzi Seçki Komissiyasında və Daxili işlər Nazirliyində və  Azərbaycan Respublikasının Litvadakı səfirliyində görüşlər keçirilmişdir. Litva bələdiyyələr ittifaqının sədri,  Druskininkay şəhərinin meri Riçard Malinunkas və Trakay şəhərinin meri Edita Rudyalene ilə maraqlı fikir mübadilə həyata keçirlmiş, bələdiyyə qanunvericiliyindəki ortaq məqamlar və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Müzakirələrdə Litva tərəfi Azərbaycan bələdiyyələrinin fəaliyyətini diqqətlə izlədiklərini və təcrübə mübadiləsi etmək niyyətində olduqlarını bildirmişlər.

Belediyye.info

ŞƏRHLƏR