Azərbaycan bələdiyyə üzvlərinin bir qrupu Türkiyənin istanbul şəhərinə rəsmi səfərə yola düşüblər. Bələdiyyə üzvləri 11-14 iyul tarixlərində Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB), "Azərbaycan üzv bələdiyyələrin bilik və təcrübə paylaşma Proqramı", UNDP-nin Türkiyə nümayəndəliyi (BMT-nin inkişaf Proqramı), Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyası və Türkiyə üzv bələdiyyələrlə əməkdaşlıqda keçiriləcək geniş miqyaslı tədbirlərə qatılacaqlar.
Bu barədə Belediyye.infoya məlumatı Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev verib.
Onun sözlərinə görə, üç gün davam edəcək tədbirdə “şəhərlərin effektiv və səmərəli idarə olunması”, “Ağıllı şəhər tətbiqləri”, "Yerli idarəetmələr üçün yenilikçi maliyyə vasitələri”, “şəhər dizaynı və şəhər çevrilməsi”, “Bələdiyyə şirkətləri vəfaydalanma tətbiqləri“, “Tullantıların idarə edilməsi və geri dönüşüm tətbiqləri” mövzular ətrafnda geniş fikir mübadiləsi aparılacaqdır.
Tədbir iştirakçıları istanbulun Bağçılar, Pendik, Urmaniyyə bələdiyyələrinin iş təcrübələri ilə də tanış olacaqlar. Tədbirdə həmçinin UNDP Azərbaycan inkişaf Məsləhətçisi Nərgiz Quliyevanın və UNDP IICPSD Direktor müavini Gülçin Salalgen təqdimatları da yer alacaq.
Belediyye.info