"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanın qadın bələdiyyə üzvləri beynəlxalq seminarda iştirak ediblər

--2015-09-22 / 10:59

Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) tərəfindən Tiflis şəhərində qadın bələdiyyə üzvləri üçün “Yerli özünüidarəetmədə layihələrin idarəedilməsi” mövzusunda regional seminar keçirilib.

Seminarda Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqazda Yerli özünüidarəetmə layihəsinin rəhbəri Petra Stremplant, Avropanın Siyasət və Biznes Qadınları Universitetinin baş məsləhətçisi Manuella Möller qadınların cəmiyyətdə və siyasətdə iştirakçılığından danışıb, seminarın məqsədi və vəzifələri haqqında məlumat verib, bu kimi tədbirlərin bələdiyyələrin fəaliyyətinə və inkişafına dəstək xarakteri daşıdığını vurğulayıblar.

Seminarda bələdiyyə səviyyəsində layihələr, layihələrin idarə olunması, əsas sənədlər, icra planı, monitorinq və qiymətləndirmə mövzularında müzakirələr aparılmış, o cümlədən maliyyələşdirmə imkanları məsələlərinə toxunulub.

Qeyd edək ki, hər üç Qafqaz ölkəsinin qatıldığı regional seminarda Azərbaycanı 15 nəfərlik nümayəndə heyəti təmsil edib. Seminarda Binəqədi rayonundan Binəqədi Bələdiyyəsinin sədr müavini Firəngiz Qayayeva, M.ə.Rəsulzadə Bələdiyyəsinin Yerli sosial məsələlər daimi komissiyasının sədri Jalə Tofiqqızı iştirak ediblər.

http://salamnews.org/az/news/read/189312#sthash.9JRVa104.PkRJIgi3.dpuf

ŞƏRHLƏR