"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanlı jurnalistlər Təbriz bələdiyyəsinin rəhbəri ilə görüşüblər

--2017-09-02 / 17:48

iranda səfərdə olan Azərbaycan jurnalistləri Təbrizin müvəqqəti bələdiyyə sədri Məhəmmədhüseyn ishaqi ilə görüşüblər.  APA-nın Təbrizə ezam olunmuş əməkdaşının xəbərində görə, səfərdə məqsəd gələn il Təbrizin “islam turizm paytaxtı” seçilməsi ilə əlaqədar iki ölkə arasında turizm sahəsində əlaqələri daha da genişləndirməkdir. M. ishaqi azərbaycanlı jurnalistlərin səfərindən məmnun olduğunu deyib. O, Təbrizin tarixi, görməli yerləri barədə görüş iştirakçılarına məlumat verib. M. ishaqi deyib ki, 2018-ci ildə Təbrizin islam ölkələrinin paytaxtı seçilməsi şəhərin əhəmiyyətini göstərir.

Bələdiyyə sədri iki ölkə arasındakı münasibətlərdən də danışıb: "Biz Azərbaycanla əməkdaşlığa mühüm yer veririk. Bakı çox müasir, inkişaf edən şəhərdir. Arzumuz budur ki, ikitərəfli əlaqələrimiz daha da inkişaf etsin".Sonra Təbriz şəhər parlamentinin sədri şakur əkbər Nicat çıxış edib. O, iki ölkə vətəndaşlarının eyni tarixi kökə malik olduğunu söyləyib.Qeyd edək ki, Təbriz bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan jurnalistləri Təbriz şəhərində səfərdədir. Səfər avqustun 30-dan sentyabrın 2-dək davam edəcək.

https://apa.az/sosial_xeberler/azerbaycanli-jurnalistler-tebriz-belediyyesinin-rehberi-ile-gorusubler-9422.html

ŞƏRHLƏR