"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Aztəminatlılar diqqətdə mərkəzindədir

--2022-07-13 / 13:51

ismayıllıda iyulun 9-da dini ayinlərin icrası ilə başlanan Qurban bayramında dövlətimizin firavanlığı, tərəqqisi, xalqımızın rifahı naminə dualar edilib, bayram namazı qılınıb, qurbanlar kəsilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Müqəddəs gündə ismayıllı bələdiyyəsi tərəfindən də milli-nənəvi ənnənələrə sədaqət nümayiş etdirilərək bələdiyyə hüdudlarında yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərə və aztəminatlı ailələrə Qurban payları verilib.

Bu birlik, mərhəmət və həmrəylik günündə ismayıllı bələdiyyəsi tərəfindən bayram münasibətilə 52 ailəyə 98 kiloqram Qurban payı çatdırılıb.

Ülkər əsədova,

ismayıllı bələdiyyəsinin əməkdaşı

ŞƏRHLƏR